Çesnauskis aləmi qarışdırıb: "Bakı"dan rəsmi açıqlama

20.04.2012 | 6127 dəfə oxunub

Ötən gün ölkə mətbuatı "Bakı" futbol klubunun litvalı yarmmmüdafiəçisi Deyvidas Çesnauskisin müsahibəsini yaydı. Son oyunlarda məharət nümayiş etdirərək gündəmdə yer alan futbolçu mətbuatın diqqətini çəkməsi bizi sevindirir. Bununla belə, vacib bir məqama toxunmaq istərdik.

Klubumuzun media tərəfdaşı olan internet saytı Deyvidas Çesnauskisin Litva mətbuat organına verdiyi müsahibəni tərcümə edərək oxucularına təqdim edib. Ondan artıq digər informasiya saytı xəbəri maraqlı sayaraq öz səhifəsinə yerləşdirib. Təəssüf ki, bu zaman mənbə göstərilməyib və müsahibənin dəqiqləşdirilməsinə ehtiyac duyulmayıb. Bununla da məlum məlumatı yayan internet resursları yanlışlığa yol vermişlər. 

Əslində, "Bakı" futbol klubu və Litva milli komandasının üzvü Deyvidas Çesnauskisin Litva KİV-ə verdiyi açıqlamada tamamilə fərqli fikirlər yer alıb. Bu səbəbdən dəqiqləşdirmə aparılıb və məsələnin mahiyyəti məlum olub. Bundan sonra tərəfdaş internet partnyorumuz peşəkarlığa layiq tərzdə səhvini aradan qaldırıb. 

“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis bildirib ki, “Bakı”nın sıralarında olmaqdan məmnundur.

“Bakı”ya keçməyimə şadam və təklifi qəbul etdiyimə peşman deyiləm. Məni hər şeydə qane edən yaxşı bir klubda çıxış edirəm. Deyim ki, əgər klub rəhbərliyi gələcəkdə də məni komandada görmək istəsə, karyeramı “Bakı”da bitirməyə hazıram” deyə Çesnauskis müsahibəsində bildirib.

Xatırladaq ki, bir qədər əvvəl saytımızda Çesnauskisin Litva KİV-ə müsahibəsində onun sözləri avtomatik tərcüməçi tərəfindən birbaşa tərcümə zamanı düzgün tərcümə edilməmişdi. Belə ki, “Tikrai nesu nusivylęs” cümləsi “mən məyusam” (rusca: Я разочарован) kimi tərcümə edilmişdi. Əslində isə “mən məyus deyiləm” (rusca: Я не разочарован) oxunmalıdır.

"Bakı" futbol klubu olaraq, məlumatın yalnış variantını yayan media orqanlarını bu dəqiqləşməni nəzərə almağa və müvafiq düzəliş etməyə çağırırıq.

fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail