“Qarabağ”ın 13 illik rekordu Qurban Qurbanova məxsus olacaq

20.04.2012 | 5007 dəfə oxunub

Premyer Liqanın XXIX turu Ağdamın “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Stadium.az xəbər verir ki,  Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandasını 119-cu dəfə çempionat oyununa çıxaracaq. Aprelin 22-də “Bakı” ilə keçiriləcək qarşılaşmaya qədər “Qarabağ”ı 118 görüşə çıxaran mütəxəssis 2008-ci ilin yayından bu postda çalışır.

2008/09 mövsümündə 26, 2009/10 və 2010/11 mövsümlərinin hərəsində 32 Premyer Liqa matçında “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovun hesabında cari mövsümün startına kimi 90 çempionat oyunu var idi. Bu mövsüm 28 qarşılaşmanı arxada qoyan mütəxəssis artıq 119-un astanasındadır.

“Bakı” ilə oyunda Qurbanov “Qarabağ”ın 13 illik rekordunu təkrarlayacaq. Belə ki, Ağdam klubunun tarixində komandanı Azərbaycan çempionatlarında ən çox oyuna çıxaran baş məşqçi adına şərik olacaq. Artıq XXX turda isə mütləq rekordun müəllifi olacaq. Hələlik isə bu rekord Ağasəlim Mircavadova məxsusdur. O, 1993, 1993/94, 1994/95, 1995/96 və 1998/99 mövsümlərində işlədiyi “Qarabağ”ı 119 oyuna çıxarıb. Mircavadovun 1999-cu ildə çatdığı 119 səddinə sonrakı 13 ildə yaxınlaşan baş məşqçi olmamışdı. İndi isə klubun Azərbaycan çempionatlarında sayca 11-ci baş məşqçisi olan Qurbanov bu rekorda şərik olur.

Qeyd edək ki, Qurbanovlu “Qarabağ” Premyer Liqada keçirdiyi 118 oyunda 59 qələbə qazanıb, 34 heç-heçə edib, 25 dəfə məğlub olub, top fərqi 139-88-dir. Bu isə o deməkdir ki, Qurbanov rekorda şərik olacağı matçda yubiley qələbəsini də qazana bilər.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail