Əzəli rəqabətin fərqli üzü: Keçi can hayında, qəssab piy axtarır

20.04.2012 | 5258 dəfə oxunub

Premyer Liqanın XXIX turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Stadium.az xəbər verir ki, komandalar bu dəfə fərqli məqsədlər üçün yarışacaq. Belə ki, “Neftçi” daha bir qələbə qazanıb, çempionluğunu rəsmiləşdirmək istədiyi halda, “Xəzər Lənkəran” 6 xalını itirəndən sonra Avroliqya cüzü şansı qalıb və bu şansdan yararlanmaq istəyir. Buna baxmayaraq, “Böyük oyun” yenə öz böyüklüyünü qoruyub saxlayır.

Aprelin 22-də “Fırtınalar meydanı”nda baş tutacaq oyun əzəli rəqiblər arasında 25-ci qarşılaşma olacaq. Komandalar indiyə qədər 22 dəfə Premyer Liqada, 2 dəfə kubokda qarşılaşıb. Bu oyunlarda “Neftçi”nin üstünlüyü var. Belə ki, “Neftçi” indiyədək 7, “Xəzər Lənkəran” 6 qələbə qazandığı halda, 11 qarşılaşma heç-heçə bitib. “Neftçi”nin 25 qoluna lənkəranlılar 21 dəfə cavab verə bilib.

Əzəli rəqiblərin oyunlarında ən böyük hesablı qələbə ötən ilin noyabrında qeydə alınıb. Təsnifat mərhələsinin Bakıxanovda keçirilən cavab qarşılaşmasında Böyükağa Hacıyevin başçılıq etdiyi “Neftçi” Mirça Rednikin rəhbərliyi altında olan “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə yenib. Bu komandalar arasında ən çox qol vurulan oyun isə ötən mövsüm baş tutub. Martın 3-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu “Xəzər Lənkəran”ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Əzəli rəqiblərin duellərində ən çox qeydə alınan hesab 1:0-dı. Komandalar 6 dəfə bu hesabla meydandan ayrılıb. 1:1 və 0:0 hesablı heç-heçələr 5, 2:1 hesablı qələbə 4 dəfə qeydə alınıb. Tabloda azarkeşlər bir dəfə 2:2, 2:0, 4:3 və 5:0 hesabına rast gəlib.

2004/05 mövsümü
(08.12.2004) Xəzər Lənkəran – Neftçi 1:1
(11.05.2005) Neftçi – Xəzər Lənkəran 2:1

Qızıl oyun
(10.06.2005) Neftçi – Xəzər Lənkəran 2:1

2005/06 mövsümü
(18.12.2005) Xəzər Lənkəran – Neftçi 0:1
(30.05.2006) Neftçi – Xəzər Lənkəran 2:2

2006/07 mövsümü
(11.08.2006) Xəzər Lənkəran – Neftçi 2:1
(09.12.2006) Neftçi – Xəzər Lənkəran 1:0

2007/08 mövsümü
(10.11.2007) Xəzər Lənkəran – Neftçi 0:1
(11.05.2008)  Neftçi – Xəzər Lənkəran 0:1

2008/09 mövsümü
(19.10.2008)  Xəzər Lənkəran – Neftçi 2:0
(12.04.2009)  Neftçi – Xəzər Lənkəran 2:1

2009/10 mövsümü təsnifat mərhələsi
(08.11.2009) Xəzər Lənkəran – Neftçi 0:0
(17.02.2010)  Neftçi – Xəzər Lənkəran 0:0

2009/10 mövsümü final mərhələsi
(27.03.2010)  Xəzər Lənkəran – Neftçi 0:0
(01.05.2010)  Neftçi – Xəzər Lənkəran 0:0

2010/11 mövsümü təsnifat mərhələsi
(25.09.2010) Xəzər Lənkəran – Neftçi 1:0
(13.02.2011)  Neftçi – Xəzər Lənkəran 0:0

2010/11 ölkə kuboku 1/4 final
(03.03.2011)  Neftçi – Xəzər Lənkəran 3:4
(08.03.2011)  Xəzər Lənkəran – Neftçi 1:1

2010/11 mövsümü final mərhələsi
(18.03.2011)  Xəzər Lənkəran – Neftçi 1:1
(18.05.2011)  Neftçi – Xəzər Lənkəran 1:1

2011/12 mövsümü  təsnifat mərhələsi
(10.09.2011) Xəzər Lənkəran – Neftçi 1:0
(06.11.2011) Neftçi – Xəzər Lənkəran 5:0

2011/12 mövsümü  final mərhələsi
(24.03.12) Neftçi – Xəzər Lənkəran 1:1
(22.04.12)  Xəzər Lənkəran – Neftçi -:-



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail