"Sumqayıt"ın futbolçusu hakimin ayağını sındırıb

19.04.2012 | 5832 dəfə oxunub

Azərbaycan futbolunda növbəti qeyri-adi  hadisə baş verib. Belə ki, ötən tur “Dalğa Arena”da keçirilən “Sumqayıt”- “Kəpəz” (2:0) oyununda 10, bəlkə də 100 ildən bir baş verən hadisə reallaşıb. Stadium.az xəbər verir ki, futbolda oyunçunun oyunçuya xəsarət yetirməsi adi hal kimi qəbul olunur. Amma futbolçunun hakimə xətər yetirməsi nadir hallarda olur. “Dalğa”da da məhz belə hal baş verib. Belə ki, “Sumqayıt”ın oyunçusu, oyunda vurulan hər iki qolun müəllifi Ruslan Qurbanov yan  xətt hakimi İlham Əliyevlə toqquşub. Daha doğrusu onu əməlli-başlı sıradan çıxarıb. Düzdür, Əliyev oyunu sona qədər idarə edib. Amma sonradan məlum olub ki, onsuzda ayağında ciddi zədə olan laysman yenə sıradan çıxıb. Hazırda  ayağı gipsdə olan hakim üçün mövsüm bitib. İlham Əliyev ev şəraitində müalicə olunur.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail