"Bakı" 722 gündən sonra öz meydanında uduzdu

19.04.2012 | 6141 dəfə oxunub

“Bakı”nın Azərbaycan kubokunda evdə məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.az xəbər verir ki, “zolaqlılar” turnirdə 722 gündən sonra öz meydanında uduzdu. Bu, aprelin 18-də “Qarabağ”la ilk yarımfinal oyununda 0:1 hesablı məğlubiyyət oldu. Maraqlıdır ki, bakılılar 2 il öncə də ilk yarımfinal oyununda eyni hesabla uduzmuşdu. Bu, 2010-cu ilin aprelin 18-də həmşəhərliləri “İnter”ə 0:1 hesablı məğlubiyyət idi. Fərq ondadır ki, “Bakı” onda Tofiq Bəhramov adına Respublika stadionunda, bu dəfə öz bazasındakı meydançada yenildi. Ancaq həmin vaxtda “İnter”ə “Şəfa” stadionunda 3:1 hesabı ilə qalib gələn “zolaqlılar” finala çıxaraq, orda da əlavə vaxtda (2:1) “Xəzər Lənkəran”dan üstün olaraq, kuboku qazanmışdı. “Bakı”nın bu dəfə finala çıxıb-çıxmayacağı aprelin 25-də Ağdamdakı cavab oyununda müəyyənləşəcək.

“Bakı” ötən mövsüm kubokda evdə 2 oyun keçirərək, mübarizəni yarımfinalda dayandırmışdı. Onda 1/8 finalda “Muğan”a oyun sonrası penaltilərlə qalib gələn komanda ¼ finalda “Qəbələ”ni 1:0, yarımfinalda “Xəzər Lənkəran”ı 2:1 hesabı ilə yenmişdi. Bütün bu oyunları Respublika stadionunda olan bakılılar həmin arena təmirə bağlandığından, cari kubokda bütün matçları öz bazasında keçirdi. Bu dəfə 1/8 finalda “Rəvan”ı oyun sonrası penaltilərlə yenən paytaxt klubu ¼ finalda AZAL-a 3:1 hesabı ilə qalib gəlmişdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail