CAS-dan "Xəzər Lənkəran"a xəbər var

19.04.2012 | 5501 dəfə oxunub

FİFA-nın qərarı ilə hesabından 6 xal silinməsindən sonra Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən “Xəzər Lənkəran” rəhbərliyi bu qurumdan cavab alıb. Stadium.az xəbər verir ki, bu barədə Cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

Artıq təmsil olunduğu komandanın şikayətinin CAS tərəfindən qəbul olunduğunu vurğulayan Nadirovun fikrincə, bununla bağlı az öncə klubun ofisinə məktub daxil olub. Həmin məktubda “Xəzər Lənkəran” Futbol Klubunun şikayətinə baxılacağı vurğulanır. 

“Bildiyiniz kimi, FİFA-nın qərarı ilə komandamızın hesabından 6 xal silinmişdi. Bu qərarı ədalətsiz saydığımızdan, FİFA-dan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə şikayət etmişdik. Artıq bu qurumdan müraciətimizə cavab gəlib. Komandamızın ofisinə daxil olan məktubda şikayətə baxılacağı qeyd olunub. Arbitraj Məhkəməsi hətta bununla bağlı FİFA-ya sorğu göndərib ki, “Xəzər Lənkəran”ın hesabından 6 xal hansı əsasla silinib” – deyə, Nadirov bildirib.

“Xəzər Lənkəran”ın digər iddiasında məsələyə tez bir zamanda baxılması göstərilib ki, buna da səbəb artıq Premyer Liqada mübarizənin sona yaxınlaşmağıdır. Məlum qərarın dondurulmasını istəyən CAS da FİFA qarşısında şərt qoyub: “FİFA qarşısında şərt qoyulub ki, məsələyə aprelin 25-dək baxılsın”. 

Xatırladaq ki, FİFA 2008/09 mövsümündə “Xəzər Lənkəran”da oynayan braziliyalı futbolçu Romulo Silvanonun şikayətinə əsasən cənub təmsilçisinin hesabında 6 xal silib. Qərarı ədalətsiz sayan “Xəzər Lənkəran” rəhbərliyi bununla əlaqədar Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail