AFFA-nın danışılmış oyunlarla bağlı hiyləgər planı

18.04.2012 | 3885 dəfə oxunub

Bu gün AFFA bəzi oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmış olması haqda məlumatlı olduğunu açıqladı. Hətta açıqlamada bildirilirdi ki, ölkə futboluna cavabdeh olan assosiasiya Premyer Liqada nəticəsi əvvəlcədən müəyyənləşdirilən qarşılaşmaların varlığını da təsdiqləyib
UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev bildirib ki, Premyer Liqanın bir sıra görüşlərinin nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə assosiasiyaya məlumatlar daxil olub. 

Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək isə Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edib. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək. 

Nəticəsindən şübhələnən oyunlar isə aşağıdakılardır:

I tur. “Neftçi” – “Qarabağ” – 3:2
XXIII tur. “Turan” – AZAL – 3:0
XXV tur. “Turan” – “Rəvan” – 2:1
XXVII tur. “Neftçi” – “Bakı” – 2:1
XXVII tur. “Turan” – “Kəpəz” – 2:0
XXVIII tur. “Sumqayıt” – “Kəpəz” – 2:0

Bax belə yerdə deyiblər: "Utanmasan, oynamağa nə var ki?!". Azərbaycan çempionatında "İnter" və "Simurq" klubları var olduqdan bəri bu komandalar arasındakı oyunların nəticəsi matçdan qabaq məlum olur. Hətta futbolçular birbaşa olaraq oyunun dəqiq hesabına pul qoyuluşu edirlər. Bu boyda həngamə qalıb qıraqda, bəs, AFFA nə axtarır? Məgər, bunu bilmirlər?

AFFA-nın baş katibi Elxan Məmmədov yenə yaxşı rol oynamaqda davam edir. Çünki UEFA konkret olaraq Azərbaycan üçün 4 oyunun nəticəsindən şübhələndiyini AFFA-ya bildirib və bu məktub Elxan Məmmədovdadır. Bu oyunlardan isə yalnız “Turan” – “Kəpəz” – 2:0 - qarşılaşması rəsmi açıqlanan siyahıda var! Biləsiz ki, digər 3 oyunda bir komandanın adı hallanır. AFFA-dakı daimi mənbəmiz bu 3 oyunun hansılar olduğunu açıqlamasa da, bildirdi ki, həmin qarşılaşmalarını birbaşa hesabına Asiyadakı böyük bukmeyker kontorlarında yüksək məbləğdə pullar yatırılıb və milyinlarla dollar qazanılıb. UEFA-nı da şübhələndirən məhz bu məqam olub. Elə bu üzdən də, UEFA məsələnin araşdırılmasına başlayıb. AFFA isə Azərbaycan futbolunun imicinə zərbə dəyməsin deyə, bu məsələni ört-basdır etməyə çalışır.

Hesab edin ki, hər şey araşdırılır və AFFA Apelyasiya və Ekspert Komitəsi qərar verir? Düşünün, sizcə, bu komitə ölkə futbolunun ziyanına hansısa qərar qəbul edər? Guya, Apelyasiya və Ekspert Komitəsi indiyədək hansı məsələyə baxıb və düzgün qərar qəbul edib?

AFFA-nınbaş katibi Elxan Məmmədovun nəzərinə çatdıraq ki, ölkə futbolunun şəffaflığı naminə əlindən gələni edən "Stadium.az" saytı məsələylə bağlı ciddi araşdırma aparır və nəticəsi danışılmış oyunlarla bağlı heç bir məsələnin üstünün ört-basdır edilməsinə imkan verməyəcək! Odur ki, UEFA-nın məsələylə bağlı sizə göndərdiyi məktubu tam olaraq ictimaiyyətin diqqətinə çatdırın!

Vüsal BƏBİRLİ



  #1   Adınız: Ferid;   E-mail: ---

18.04.2012 17:05

Vüsal duz yazidi duz yaziya ne deyesən? məndə şərhimdə yazmişam İnter-Simruq oyunlarını 2 il əvvəl Turan Neftçi 1 ci hissə 2 0 Turan uddur 2 ci hissə isə 2-3 olur mən Xəzər azərkeşi olsamda kəçən il oynan Kəpəz Xəzər 4-1 məncə kapçentə qoyulmuşdur mence bilen varsa bu oyun haqda yaz pis olmaz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail