"Xəzər Lənkəran"ın "Neftçi" ilə yubiley oyunu

17.04.2012 | 3161 dəfə oxunub

Aprelin 22-də Lənkəran şəhər stadionu üçün əlamətdar hadisə baş verəcək. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, təkcə “Xəzər Lənkəran”ın evdə prinsipial rəqibi olan “Neftçi”ni qəbul etməsi ilə bağlı olmayacaq.

Həmin gün “Xəzər Lənkəran” bu arenada 100-cü rəsmi matçını keçirəcək. Tarixi ərzində ev oyunlarını digər 7 stadionda da keçirən komanda doğma arenada indiyədək 99 qarşılaşmaya çıxıb. “Neftçi” ilə görüş isə 100-cü – yubiley matçına təsadüf edir.
 
2004-cü ildə yaranan “Xəzər Lənkəran” doğma arenada debütünü 2005-ci ilin martında edib. Həmin vaxt martın 15-də baş hakim Məhəmməd Məmmədovun fiti ilə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”ın ilk oyunu start götürüb. Azərbaycan kubokunun 1/4 final mərhələsinin MOİK-lə cavab oyunu ilə "Xəzər Lənkəran"ın doğma arenadakı tarixi də başladı. Həmin oyun isə 87-ci dəqiqədə Martin Stankovun vurduğu qolla Lənkəran təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Arenada ilk sarı vərəqənin müəllifi isə qapıçı Aleksandr Martyoşkin olub.
 
Həmin vaxtdan “Xəzər Lənkəran” Lənkəran şəhər stadionunda Avropa Liqasının 2, Azərbaycan çempionatının 83 və Azərbaycan kubokunun 16 matçına çıxıb. Bu 99 görüşdə 61 qələbəsi olan komanda 29 heç-heçə edib və yalnız 9 dəfə azarkeşlərini məğlubiyyətlə üzüb. Qonaqlar bu stadionda 172 dəfə topu qapısından çıxarmağa məcbur olubsa, "Xəzər Lənkəran"ı cəmi 53 dəfə məyus edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail