AFFA danışılmış oyunların siyahısını açıqladı

17.04.2012 | 3967 dəfə oxunub

Bu gün AFFA bəzi oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmış olması haqda məlumatlı olduğunu açıqladı. Stadium.az xəbər verir ki, ölkə futboluna cavabdeh olan assosiasiya Premyer Liqada nəticəsi əvvəlcədən müəyyənləşdirilən qarşılaşmaların varlığını təsdiqlədi. 

UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev bildirdi ki, Premyer Liqanın bir sıra görüşlərinin nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə assosiasiyaya məlumatlar daxil olub. 

Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək isə Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edib. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək. 

AFFA artıq bununla bağlı araşdırmalara başlayıb. 

Maraqlıdır, görəsən, bu “qara siyahı”ya düşən hansı oyunlardır? 

Hər halda, Premyer Liqada nəticəsindən şübhələnməyin mümkünlüyü olan bir çox qarşılaşma var. Lakin onlar arasında elələri də var ki, bu görüşlərin ən azı araşdırılması zəruridir. 

Apasport.az saytının ehtimallarına görə, AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin araşdırmaq tapşırığı aldığı siyahıda aşağıdakı 6 oyundan biri də var.

I tur. “Neftçi” – “Qarabağ” – 3:2
XXIII tur. “Turan” – AZAL – 3:0
XXV tur. “Turan” – “Rəvan” – 2:1
XXVII tur. “Neftçi” – “Bakı” – 2:1
XXVII tur. “Turan” – “Kəpəz” – 2:0
XXVIII tur. “Sumqayıt” – “Kəpəz” – 2:0


Xatırladaq ki, 2009-cu il dekabrın 5-də Premyer Liqada keçirilmiş “Turan” – “Neftçi” oyununun nəticəsi şübhəli olsa da, araşdırılmamışdı. Həmin vaxt komandalar fasiləyə yollanarkən apasport.az saytı onlayn şəklində yazmışdı ki, ilk yarıda 2 qol vuran “Turan” ikinci hissədə “Neftçi”nin 3 dəfə fərqlənməsinə şərait yaradacaq. İkinci 45 dəqiqə məhz həmin ssenaridə davam etmişdi. Lakin həmin olayı araşdıran olmamışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail