Ramulo Silva: "İstəməzdim ki, "Xəzər Lənkəran"nın başına belə iş gəlsin"

16.04.2012 | 8382 dəfə oxunub

"Xəzər Lənkəran"dan 6 xalın silinməsində səbəbkar olan Ramulo Silvanın müsahibəsi:

- Salam Ramulo, Azərbaycandan narahat edirik...

- Azərbaycan? Hə bu ölkəni xatırlayıram. Jurnalist olduğunuzu biləndə nəyə görə zəng etdiyinizi də təxmin etdim.

- Əslində, sən Azərbaycanda çoxu tərəfindən unudulmaqdaydın. Çünki uzun müddət idi ki, getmişdin. Amma sonradan FİFA məsələsi gündəmə gəldi və hamı səndən danışmağa başladı. Problem barədə ətraflı danışaq...

- Mənə çox xoş oldu ki, siz mənimlə maraqlandınız. Hazırda Braziliyadayam. Amma Azərbaycanın qonaqpərvərliyin və istiqanlığını unuda bilmirəm. Mənim problemim klubla olub və haqqımı tələb etmişəm. Gərək məni bağışlayasan, bu məsələ barədə ətraflı danışmaq istəmirəm. Bəlkə 2-3 aydan sonra fikrim dəyişdi. Amma bu da dəqiq deyil. Çünki kifayət qədər gündəmə gəlmiş və iç üzü açılmış məsələdən mənim danışmağıma ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

- Ümumiyyətlə, FİFA-nın “Xəzər Lənkəran”ın aktivindən 6 xal silməsini nə vaxt eşitdin?

- Açığı, mən hadisələrdən çox pis olmuşdum. Odur ki, Braziliyadakı hüquqşunaslara müraciət edib, bunu FİFA ilə yoluna qoyulmasını istədik. Müəyyən proseduralardan sonra klub mənə olan borcunu ödədi və biz sağollaşdıq. Amma sonradan məlum oldu ki, hüquqşunaslar mənə olan borc üçün 5 faiz də tələb ediblər. Sizi inandırıram ki, bundan xəbərim yoxdur. Xəbəri təzə eşitmişəm. Amma bunu mənə Azərbaycandan deməyiblər.

Hadisədən sonra “Xəzər Lənkəran” klubunun rəsmilərindən səninlə danışan olub?

Bəlkə də, zəng vurmaq istəyiblər. Amma hələ bunu etməyiblər. Lənkəran klubunun rəsmiləri ilə danışmamışam.

Ümumiyyətlə, çempionatın sonuna az qalmış “Xəzər Lənkəran”ın aktivindən 6 xal silinməsi xəbərini necə qarşıladın?

Düzdür, mənim bu komanda ilə bəzi problemlərim olub. Amma istəməzdim ki, başlarına belə bir hadisə gəlsin. 6 xal silinməsi xəbərini eşidəndə çox pis oldum. Çünki mən sabiq komandamın çempionatda medallar qazanmasını arzulayırdım. Avrokuboklara gedişini istəyirdim. Çox güclü azarkeş ordusu bu sevinci yaşamağa layiqdir. Təəssüf ki belə oldu. Amma mən sadəcə hüquqlarımın müdafiəsinə qalxdım.

O vaxtkı rəsmilərdən kimi xatırlayırsan?

Əvvəlcə bizim baş məşqçimiz türk idi (Rasim Kara nəzərdə tutulur), adını unutmuşam. Daha sonra bir rusla çalışdıq (İqor Ponomaryov). Klub rəsmilərindən isə vitse-prezident Rəvan Bəşirovu xatırlayıram. Gərək hər məsələdə səmimi olasan. Rəsmi şəxslərlə münasibətim yaxşı olsa da, onlar da bu problemi aradan qaldıra bilmədilər.

Hazırda karyeranı davam etdirirsən?

Bəli, Braziliyada oynayıram.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail