"Bu, mənim günüm idi"

15.04.2012 | 5783 dəfə oxunub

Premyer Liqanın 28-ci turunun qəhrəmanlarından olan “Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski “Xəzər Lənkəran”la oyunda (4:1) het-trikə imza atmaqla özündən söz etdirdi. Stadium.az xəbər verir ki, titvalı yarımmüdafiəçi oyun barədə belə danışıb: “Şübhəsiz ki, “Bakı” üçün bu oyun çox uğurlu alındı. Biz rəqib qapısından dörd qol keçirə və ümumiyyətlə inamlı oyun sərgiləyə bildik. Belə oyundan və nəticədən bütün komanda razıdı”.
 
Bu oyunda "het-trik"ə imza atmasına toxunan futbolçu bunları dilə gətirib: “Görünür, bu, mənim günüm idi. Əlbəttə, buna görə çox şadam. Lakin əsas odu ki, bu qollarım komandaya lazımı qələbəni qazandırmış oldu”.

Çoxları “Bakı”nın bütün diqqətini kuboka yönəldib, çempionata güc qoymadığını düşünsə də, Çesnauski bu fikirlərlə razı deyil: “Biz hər bir oyuna qələbə üçün çıxırıq. Bu oyunda da gördüyünüz kimi, inamlı qələbə qazandıq. İndi isə növbəti oyunumuza hazırlaşmaq zamanıdı. “Qarabağ”la Azərbaycan kubokunun yarımfinal oyunları çox çətin keçəcək. Özü də bu oyunlar həftəiçi baş tutacaq və qısa zaman ərzində də bu qədər matça çıxmaq asan deyil. İstənilən halda bizim əsas hədəfimiz ölkə kubokunu qazanmaqdı. Əlbəttə, çempionatda da dördüncü yeri tutmaq şansımız yaxşılaşdı. Amma əsas diqqətimiz kubokadı. “Qarabağ”la oyunlara ciddi hazırlaşmaq lazımdı. Bu mövsüm biz onları məğlub edə bilməmişik. Amma bu dəfə vəziyyəti xeyrimizə dəyişmək istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail