Georgi Nikolov "Xəzər Lənkəran"a görə AFFA-nı günahlandırır

13.04.2012 | 4379 dəfə oxunub

“Düzünü deyim ki, məsələnin təfərrüatından ətraflı xəbərim yoxdur. Lakin əvvəllər oxşar problemlə mən də üzləşmişəm. Bilirəm ki, bu prosedur uzun məsələdir”. Stadium.az xəbər verir ki, bu sözləri  Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

FİFA-nın “Xəzər Lənkəran”ı 6 xal cəzalandırmaqla bağlı tələbinə münasibət bildirən Nikolov belə vəziyyətin ona tanış olduğunu açıqlayıb: “Məsələ FİFA-nın İntizam Komitəsində həll olunur. Klubun qarşısına şərt qoyulur ki, borcunu ödəsin. Əks halda, onun hesabından 6 deyil, daha az xal çıxılır. Borc ödənmədikcə, bu cərimə xalı artır. Sonluq isə hətta klubun aşağı dəstəyə göndərilməsi ilə nəticələnir. Düzdür, qərarı AFFA verməlidir. Lakin kluba cəza tətbiq etməyəcəyi halda, assosiasiyanın özünü də cəza gözləyir”.

Nikolov FİFA-nın heç də həmişə ədalətli qərar çıxarmadığını, daim, hətta haqlı olmadıqda belə futbolçuların tərəfində durduğunu bildirib: “Xəzər Lənkəran” üçün çox üzülürəm. Bir məsələni unutmaq lazım deyil ki, heç də həmişə futbolçular haqlı olmurlar. Klubların da haqlı olduğu məsələlər olur. Lakin FİFA həmişə futbolçuların tərəfini saxlayır. Əslində, futbolda ədalət olmalıdır. Bu da onunla bağlıdır ki, klublar futbolçularla bağlı sənədləri ilə haqlı olduğunu sübut edə bilmirlər. FİFA da futbolçuların tərəfində durur”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail