Azərbaycandakı DÇ-nin təbliğatı davam edir

12.04.2012 | 4783 dəfə oxunub

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçiriblər. Stadium.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Tədbiri giriş sözü ilə AMİU-nin Tərbiyə İşləri üzrə prorektoru Tofiq Qasımov açaraq, Azərbaycanda 2012-ci ilin “İdman İli” elan olunmasının və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin önəmini qeyd edib. Çempionatın ümumi təqdimatının və könüllülük proqramının təqdim edildiyi tədbirdə tələbələrə çempionata hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq turnirin ölkəmiz üçün əhəmiyyəti barədə müzakirələr aparılıb. Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə məlumatlandırılıblar.

200-dən çox tələbənin iştirak etdiyi tədbirdə gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail