"Bakı"dan Erdogan Arıcanın ailəsinə başsağlığı

11.04.2012 | 4370 dəfə oxunub

Dünən Türkiyə futboluna ağır itki üz verdi. Stadium.az xəbər verir ki, qardaş ölkə futbolunun inkişafında müstəsna xidmətləri olan Erdogan Arıca 58 yaşında vəfat edib.

1954-cü ildə anadan olan Arıca  Malatyaspor (1971-1974), Orduspor (1974-1977), Galatasaray (1977-1981), Fenerbahçe (1981-1986), Diyarbakırspor (1986-1987) ve Sarıyer (1987-1989) klublarındaçıxış edib. 30 dəfə Türkiyə milli komandasının formasını geyib.

1990-cı ildən məşçilik fəaliyyətinə başlayan Arıca, Dardanelspor, Aliağa, Samsunspor, Gaziantepspor, Malatyaspor, Gençlerbirliği, Çaykur Rizespor, Gaziantepspor, Hacettepe və Karşıyaka klublarını çalışdırıb.

Türkiyə futbol federasiyası (TFF), Beşiktaş, Fenerbahçe ve Galatasaray klubları rəsmi açıqlama ilə başsağlığı veriblər.

Mərhumu "Bakı" klubuyla bağlan tellər də var. Erdogan Arıcanın 80-ci illərdə klubun uşaq futbolu üzrə baş koordinatoru Yüksel Kepoğlu ilə birlikdə "Fənərbaxça" klubunda forma geyməsi və "Rizespor"da birlikdə çalışmasıdır. Yüksel bəy mərhumu belə xatırlayır:

"Erdogan bəy olduqca çalışqan, əzmkar və tələbkar insan idi. Rəhmətlik bütün həyatını türk futbolunun inkişafına həsr etmişdi. Erdogan bəy həmişə yüksək mədəniyyəti və təvazökarlığı ilə seçilirdi. O, türk futbolunun ən sevilən simalarından biri idi. Allah rəhmət eləsin, Erdogan beyin ölümü bizi hədsiz kədərləndirdi". 

"Bakı" futbol klubu Erdogan Arıcanın vaxtsız vəfatı səbəbindən dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbr diləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail