"Bakı"dan Starkova cavab gəldi: “Bunlar onun buradakı fiaskosuna geyindirdiyi dondan başqa bir şey deyil"

05.04.2012 | 6485 dəfə oxunub

“Bakı”nın sabiq çalşdırıcısı Aleksandr Starkovun Latviya Futbol Federasiyasının saytına verdiyi müsahibə Azərbaycanda geniş əks səda doğurdu. Stadium.az xəbər verir ki, Starkovun “Bakı”dan ayrılmasına səbəb kimi göstərdiyi ona təyziqlə bağlı fikirlərinə "Bakı" azarkeşlərdən də cavab gəldi. Tanınmış futbol azarkeşi Faiq Şadlı saytımıza açıqlamasında Starkovun işinə heç vaxt müdaxilə edilmədiyini, onun qarşısına qoyulan vəzifəyə çata bilmədiyi üçün Azərbaycanı tərk etməsini bildirdi: “Aleksandr Starkov bir ildən çox Azərbaycanda çalışdı. Amma necə yuxulu gəlmişdisə, eləcə də getdi. Azərbaycan futboluna uyğunlaşa bilmədi. Onun bir illik işinə nəzər salanda heyətdə köklü dəyişikliklər etməsinin şahidi oluruq. Nəticədə qarşısına qoyulan məqsədə çata bilmədiyini görüb çıxıb getdi. Müsahibəsində də deyir ki, mətbuat və azarkeşlər tərəfindən ona təyziqlər edilib. Cənab Starkovun diqqətinə çatdırmaq lazımdır ki, o Azərbaycanın ən iddialı klublarından birində işləyirdi. Bu klub həmişə kubok və çempionlq üçün oynayıb. Ona nə üçün vaxt verilməli idi, başa düşə bilmirəm. Bunlar onun buradakı fiaskosuna geyindirdiyi dondan başqa bir şey deyil.

Azarkeşlərin sevimlisi Jaba ilə yaşadığı konflikti hamımız yaxşı xatırlayırıq. Jaba ona görə Türkiyəyə qayıtdı. Əvəzində isə Leviqa kimi səviyyəsiz legioneri “Bakı” klubuna sırıdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail