"XƏZƏR LƏNKƏRAN" - "İNTER" MATÇINDA 12 MÜBAHİSƏLİ QƏRAR - VİDEO

03.04.2012 | 6314 dəfə oxunub


"İnter" Premyer Liqanın son turunda "Xəzər-Lənkəran"la oyunun hakimliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytında yer alan xəbərdə çoxsaylı hakim səhvlərinin yadda qaldığını bildirir. "Bankirlər" iddia edir ki, hakim Elçin Məmmədov "İnter"ə qarşı ikili standartlar tətbiq edib və çox sayda səhvlərə yol verib.

Klub matçın gedişinə və nəticəsinə təsir göstərən hakimin 12 mübahisəli qərarı təqdim edib:

1) Birinci epizodda baş hakim Elçin Məmmədov sol cinahda Katalin Domanla mübarizə aparan Əziz Quliyevə sarı vərəqə göstərir. Protokolda hakim xəbərdarlığın idmançıya yaraşmayan hərəkətə görə verildiyini vurğulayır. Lakin videoda görünür ki, hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz.

2) Baçana Tsxadadze "Xəzər-Lənkəran"ın cərimə meydançasının yaxınlığında topu qəbul edərək, hücumçumuza qarşı ayağını uzadan və qaydanı pozan Stefan Batesi aldadır. Ancaq hakimin fiti susur, oyunu davam etdirir, baxmayaraq ki, baş verənləri görürdü və dayandığı mövqedən oyunçuların toqquşmasını sadəcə görməyə bilməzdi.

3) Valeri Abramidze ayağına arxadan zərbə aldığına görə yerə yıxılır. Hakimin fiti yenə susur, lakin bundan əlavə o, hətta həkimlərin meydançaya çıxmasına və müdafiəçiyə tibbi yardım göstərmələrinə icazə vermir. Bundan başqa, hakim oyunun tempini aşağı salır və müddəti 5 dəqiqədən artıq davam edən fasilə yaradır. Nəticədə meydançada atmosfer gərginləşir, futbolçular arasında qarşıdurma baş verir. Epizodun başa çatmasından sonra E.Məmmədov V.Abramidzeyə sarı vərəqə göstərir. Amma nəyə görə, aydın deyil?

4) Katalin Doman arxadan ayağa zərbə endirməklə "İnter"in hücumunu pozur, lakin hakim nədənsə futbolçu üçün sayca artıq ikinci olacaq sarı vərəqə göstərməyə cəsarət etmir. Sonradan siz də müşahidə edəcəksiniz ki, E.Məmmədov qayda pozuntusuna görə komandamızın oyunçusunu xəbərdarlıq edir, halbuki həmin qayda pozuntusu K.Domanın qayda pozuntusundan daha yumşaq görünür.

5) Radomir Todorov və Nizami Hacıyev top uğrunda mübarizə aparırlar, hakim "Xəzər-Lənkəran"ın xeyrinə növbəti dəfə cərimə zərbəsi təyin edir. Lakin videogörüntülərdə təkrar görmək olar ki, futbolçumuz qaydanı pozmur. Məhz səhv cərimə zərbəsindən sonra "İnter"in qapısına 11 metrlik zərbə təyin olunur.

6) "İnter"in qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsi də həmçinin birmənalı görünmür. Kadrlarda görünür ki, Əziz Quliyev qaydanı pozmur. Hətta təsəvvür etsək ki, orada hər hansı bir qayda pozuntusa var, o zaman sarı vərəqə, xüsusilə də futbolçunun avtomatik olaraq meydançadan qovulmasına gətirib çıxaran ikinci sarı vərəqə göstərilməsinə tamamilə layiq deyildi. Bir sözlə, ardıcıl hakim səhvləri qapımıza ilk qolun vurulmasına gətirib çıxardı.

7) Eder Bonfim Asif Məmmədovu açıq şəkildə yıxır, ancaq hakim vəziyyəti meydan sahiblərinin xeyrinə təfsir edir və qapıdan zərbə təyin edir.

8) Elçin Məmmədovdan hakimlikdə növbəti ikili standartın nümayişi. Branimir Subaşiçin yıxılması epizodu birinci hissədə Valeri Abramidzenin yıxılması epizoduyla tam eyniyyət təşkil edir. Lakin birinci hissədən fərqli olaraq hakim təcili tibbi briqadanı meydançaya çağırır. Maraqlıdır, bunu birinci hissədə etmək olmazdı?

9) Daha bir epizod, hansı ki, öncəki anlarda müşahidə edilmişdi. Əgər hakim Brenes Randallın yıxılmasına görə 11 metrlik cərimə zərbəsi təyin edirsə, o zaman o, V.Abramidzenin yıxılması epizodunda da eyni qərarı verməli idi.

10) Künc zərbəsinin yerinə yetirilməsindən sonra İbrahima Niasse qapıya zərbə endirir, "Xəzər-Lənkəran"ın oyunçularından biri topun qarşını kəsir. Top ona dəyərək künc zərbəsinə yollanır. Lakin bunun əvəzinə hakim qayda pozuntusu qeydə alır. Növbəti kifayət qədər qəribə qərar...

11) Top iki dəfə "Xəzər-Lənkəran"ın futbolçularına dəyərək meydançanı tərk edir, amma baş hakim bunu sanki görmür. O, göstərir ki, autu meydan sahibləri yerinə yetirməlidilər. Bütün bunlar yanxətt hakiminin gözləri qarşısında baş verir, hansı ki, autları doğru təyin etmək əvəzinə bayrağını fəal şəkildə yellədir və guya təhqirə yol verdiyinə görə V.Abramidzenin meydandan qovulmasını baş hakimdən tələb edir. Ancaq biz görürük ki, futbolçumuz hakimlərin ünvanına kobud və təhqir sözlərə yol vermir.

12) "Xəzər-Lənkəran"ın futbolçusu Eder Bonfim topu meydançada saxlaya bilmir, ancaq hakim bunu növbəti dəfə görmür və səhvən autu ev sahiblərinin xeyrinə təyin edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail