"Xəzər Lənkəran" problemləri barədə rəsmi açıqlama yaydı

03.04.2012 | 5527 dəfə oxunub

“Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində “İnter”lə qarşılaşmanın rəsmi sayt vasitəsilə canlı yayımlanması haqda açıqlama yayıb. Stadium.az xəbər verir ki, bildirilirdi ki, oyunun gedişi zamanı serverdə bir sıra problemlər baş verib: “Qeyd etmək istərdik ki, klub tərəfindən oyundan öncə yayımın həyata keçirilməsi üçün bütün məsələlər həll edilib. Belə ki, stadion ərazisinə yüksək sürəti təmin edən optik internet kabeli çəkilmişdi. Həmçinin oyundan bir gün öncə rəsmi saytda canlı yayımın izlənməsi barədə müvafiq izahat verilmişdi. Bundan əlavə, elektron poçt və sosial şəbəkələr vasitəsilə azarkeşlərə oyunun getdiyi vaxt da daxil olmaqla gün ərzində sual vermək və operativ olaraq cavab almaq imkanı yaradıldı.

Yayım üçün məhz mövcud proqramın seçilməsinin iəsas səbəbi isə oyunun daha yaxşı nümayişini təmin etmək idi. Belə ki, bu proqram vasitəsilə oyunu eyni zamanda dörd kamera vasitəsilə çəkərək, lazım olan anda kameraları dəyişmək, həmçinin epizodların təkrarını nümayiş etdirmək mümkündür.

Bununla belə, oyunun gedişatı zamanı bir sıra problemlər baş verdi. Əgər oyundan əvvəl kanalı ayarlayanlar test videoyazısını izləyə bilirdilərsə, oyun zamanı yayımda müəyyən dayanmalar baş verdi. Bunun əsas səbəblərindən biri də mövcud olan yerli serverin eyni zamanda mindən artıq sorğunu qəbul etmək iqtidarında olmaması idi. Çoxlu sayda sorğu virus hücumu kimi tanındığından serverin bloklanması baş verirdi ki, bunun üçün də yayımı dayandırıb təzədən başlamaq lazım olurdu.

Yuxarıda göstərilən məqamlarla yanaşı qeyd etmək istərdik ki, artıq dünənki oyun başa çatdığı saatdan etibarən tərəfimizdən bütün çatışmazlıqları aradan qaldırmaq üçün işlərə start verilib. Yerli serverlərin yayım üçün dayanıqlı olmadığı təqdirdə, xarici serverlərdən istifadə ediləcək. Növbəti ev oyununa qədər bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail