Tahir Süleymanov: “Ortalığa atılan süni olaylar mədə bulantısı yaratmaqdan başqa bir işə yaramadı”

03.04.2012 | 6743 dəfə oxunub

“Qarabağ” - “Neftçi” oyunundan əvvəl qarşılaşmaya təyinat alan referi Anar Salmanovun Bakı klubuna kömək edəcəyi söylənilirdi. Stadium.az xəbər verir ki, bu məsələdən danışan hər kəs Salmanovun qardaşının “Neftçi”də işlədiyini əsas gətirərək, belə danışırdı. Amma oyunda bunu şahidi olmadıq, əksinə, Salmanov “Neftçi”nin qolunu hesaba almayaraq qonaq komandanı 3 xaldan məhrum etdi. Məsələyə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov da münasibət bildirib. “Stadium.az”a açıqlamasında Süleymanov belə danışdı: “Bu, oyundan qabaq ortaya bilərəkdən atılan şou idi ki, ara qarışsın. Bu kompaniya məqsədli şəkildə başladılmışdı. Son bir ildə komandaya qapıçı Saşa Stamenkoviçdən başqa futbolçu alınmayıb, amma ötən mövsüm çempion olmuşuq və yenə də çempionatda vahid liderik. Bu uğuru isə bir sıra insanların gözü götürmür. Ancaq biz bunların qarşısını almağa çalışırıq. “Qarabağ” - “Neftçi” oyunu yerli məşqi və futbolçuların dueli kimi dəyərləndirilməli idi, baxmayaraq ki, hakim oyununu ortaya atmışdılar. Bununla da komandaya süni təzyiqlər edilir. Oyunun hakimləri də bu psixoloji gərginliyə dözmədi. Təkcə sayılmayan qolumuz yox, bir neçə epizodda rəqib oyunçulara sarı vərəqə göstərilmədi. Baş hakim Anar Salmanov sanki sübut etməyə çalışırdı ki, o, “Neftçi”yə kömək etmir. Bu da bizim komandaya qarşı verilən qərarlar bahasına başa gəldi. Amma hamı bilməlidir ki, “Neftçi”nin heç bir sübuta ehtiyacı yoxdur”.

Süleymanov bu arada ağdamlı azarkeşlərə təşəkkür etməyi də yaddan çıxarmadı: “Qarabağ”lı azarkeşlərə təşəkkürümü bildirirəm ki, hələ oyun başlamamış onlar stadionu tamamən doldurmuşdu. Bizə qarşı təşkil olunan süni təzyiqlər isə əks təsir göstərdi. Bunun nəticəsi idi ki, hakimin hər qərarı rəqib futbolçular tərəfindən narazılıqla qarşılanırdı. Amma oyundan sonra “Qarabağ”ın futbolçularından Rəşad Sadıqov, Əfran İsmayılov və baş məşqi Qurban Qurbanov da bildirdilər ki, layiqli oyun oldu. Bütün bular da bir daha göstərdi ki, ortalığa atılan süni olaylar mədə bulantısı yaratmaqdan başqa bir işə yaramadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail