"Qarabağ" İtaliya, Fransa və İngiltərənin məhşur klublarını geridə qoydu

02.04.2012 | 14118 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. Stadium.az xəbər verir ki, son 1 ili əhatə edən cədvəldə planetin 402 komandası yer alıb. Azərbaycanın ən yaxşılar arasında yeganə təmsilçisi isə yenə “Qarabağ”dır.

Ağdamlılar son 1 ayda möhtəşəm sıçrayışa nail olaraq, 37 pillə irəliləyiblər. Belə ki, cəmi 1 ay əvvəl 69,5 xalla 316-cı pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələri hazırda 73,5 xalla 279-cu yerdədirlər. Təmsilçimizin son 1 ayda arxada qoyduğu klublar sırasında “Verder”, “Hoffenhaym” (hər ikisi Almaniya), “Karpatı” (Ukrayna), “Birmingem”, “Vest Bromviç” (hər ikisi İngiltərə), “Parma”, “Fiorentina” (hər ikisi İtaliya), “Loryan” (Fransa), “Vesterlo” (Belçika) kimi komandalar da var.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 382 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 306 xalla 2-cidir. İlk “üçlüy”ü Argentinanın “Veles Sarsfild” klubu 287 xalla qapayır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail