"Qəbələ"də Fatih Kavlakın "torbasını tikirlər" EKSKLUZIV

KLUBDAKI BƏZİ QÜVVƏLƏR KOMANDAYA AĞASƏLİM MİRCAVADOVU GƏTİRMƏYƏ CƏHD EDİR

02.04.2012 | 4963 dəfə oxunub

"Qəbələ" klubunun bu gün "Bakı"ya uduzması bəzi söz-söhbətlərə səbəb olub. Stadium.az xəbər verir ki, bu gün hesabda irəli olmasına baxmayaraq, mübarizə aparmadan, daha doğrusu bəzi futbolçuların səhvləri ucbatından Qəbələ təmsilçisinin iki top buraxaraq məğlub olması, sən demə, səbəbsiz deyilmiş. Kluba yaxın mənbədən aldığımız məlumata görə, komandada bəzi futbolçular hazırkı baş məşqçi Fatih Kavlaka "torba tikir". Mənbənin sözlərinə görə, Kavlakın "Qəbələ"də uğur qazanması daxildəki bəzi qüvvələrə sərf eləmir. Çünki həmin qüvvələr Kavlakın komandadan getməsini, əvəzində isə hazırda işsiz olan Ağasəlim Mircavadovun komandaya gətirilməsinə cəhd edirlər. Bu işdə isə bəzi futbolçular da komandadakı Mircavadovu istəyən qüvvələrə kömək edir. Elə buna görə də, dünən "Qəbələ" "Bakı"ya uduzub.

Məqsəd isə birdir, Fatih Kavlak göndərilsin, yerinə Ağasəlim Mircavadov gətirilsin.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail