Qapıçıların qənimi - Yannik Kamanan

31.03.2012 | 4937 dəfə oxunub

Bitməkdə olan mart ayının ən məhsuldar futbolçusu rekordla diqqət çəkib. Stadium.az xəbər verir ki, bu, “Qəbələ”nin hücumçusu Yannik Kamanandır. Fransalı legioner ay ərzində baş tutan çempionatın 5 turunda rəqibləri üçün əsl kabus oldu. 

XXII turun “Rəvan”la səfər matçında dubla imza atan futbolçu ardınca “Kəpəz”lə təxirə salınan XIX turun Gəncədəki oyununda da meydanı qolsuz tərk etmədi. Final mərhələsinin ilk oyununda “Neftçi”nin darmadağına 2 qolla töhfə verən Kamanan ardınca “Qarabağ”la görüşdə “sussa” da “İnter”in də qapısına qol vurdu. 

Bir ay ərzində 6 qol vuran Yannik bununla da həm Unibank Premyer Liqasında martın ən məhsuldar futbolçusu oldu, həm “Ayın futbolçusu” adına əsas namizəd olduğunu ortaya qoydu, həm də rekord vurdu. Belə ki, cari mövsümün oyunları keçirilən 7 ay ərzində heç bir futbolçu aya 6 qol vurmayıb. 

Ötən ilin sentyabrında Luis Hilario, oktyabrında isə Deon Barton ay ərzində ən çox qol vuran futbolçular arasında olub. Lakin həmin vaxt əvvəl 10, sonra 7 futbolçu eyni sayda qolla liderlik edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail