"Kəpəz"in futbolçuları əlbəyaxa olublar

30.03.2012 | 5671 dəfə oxunub

Ölkə kubokunun ¼ finalının “Neftçi” – “Kəpəz” matçından sonra maraqlı məlumat əldə etdik. Staium.az xəbər verir ki, daha doğrusu, gəncəli futbolçulardan Sabir Allahquliyevlə komandanın legionerlərindən birinin arasında insident yaşandığını öyrəndik. Belə ki, məşqdə sözləri çəp gələn futbolçular əlbəyaxa olublar. Bu məqsədlə dünən Sabirlə əlaqə saxlayıb hadisənin təfərrüatını öyrənməyə çalışdıq: “Uşaqlar bir - birilə zarafatlaşırdı. Dava zad deyildi. Məşq vaxtı bir-birinə qarşı ehtiyatsız davranmışdılar. Mən heç kimlə dalaşmamışam. Şahin Kərimovla uşaqlar arasında kiçik anlaşılmazlıq olmuşdu. Ortada ciddi problem yox idi”.

Belədə Kərimova zəng vurub komanda yoldaşı ilə nə üçün dalaşdığını soruşduq. Amma Şahin deyilənləri təkzib edərək, bizə qısaca bunları söylədi: “Yox əşi, nə dalaşmaq? İndiyə kimi komandada heç kimlə savaşmamışam. Belə olan halda başqa nə deyə bilərəm ki? Yalnız kiçik mübahisə yaşanıb. İkitərəfli oyun keçirirdik, məğlub durumda olarkən qolumuzu saymadılar. Buna görə kiçik mübahisə düşdü. Sabirlə sözləşdik. O mənə dedi ki, niyə ötürməni səhv verirsən, vəssalam. Başqa problem yoxdu”.

"futbol+" qəzeti


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail