Ramin Musayev: "İnanmıram ki, Anar Salmanov kimə və hansısa kluba görə özünü ləkələsin"

30.03.2012 | 7291 dəfə oxunub

“İstər Anar Salmanov, istərsə də  Ramin Musayev hakimlik etsin. Kimliyindən asılı olmayaraq, heç bir oyunda heç kəs qaydalara zidd qərarlar verməməli və verməyəcək də”. Stadium.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ” – “Neftçi” oyununda hakimlərin birincilərin əleyhinə qərarlar verəcəyi haqda Ağdam klubu azarkeşlərinin narahatlığına cavab olaraq deyib.

Qeyd edək ki, bu oyuna Anar Salmanovun təyinat alacağı barədə məlumatlar yayılıb.

Ramin Musayev isə müxbirimizlə söhbətində bildirib ki, hələlik oyuna kimin təyinat alacağı bilinmir: “Amma Anar  Salmanov hazırda FİFA-da yeganə perspektivli hakimizdir. Biz ondan bir yenilik gözləyirik. İnanmıram ki, Anar Salmanov kimə və hansısa kluba görə özünü ləkələsin. Birdə ki, mən bu günə qədər nə “Neftçi”nin, nə “Qarabağ”ın hansısa hakimlə gizli sövdələşməyə getdiyini eşitməmişəm”.

Musayev xatırladıb ki, qərəzli hakimlik edənlər taleyi hamıya məlumdur: “Bu günə qədər hakimlikdən uzaqlaşdırılanlar geri dönməyib. Hamısı da yaxşı bilir ki, uzaqlaşdırılan hakimin geriyə yolu yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail