Prezident "Xəzər Lənkəran"lılara söz verdi

30.03.2012 | 5591 dəfə oxunub

“Xəzər Lənkəran” rəhbərliyi və komanda üzvləri bir araya gəlib. Stadium.az xəbər verir ki, “ağ-yaşıllar” “Palmalife Lenkeran Resort” otelində şam ediblər.

Görüşün təşəbbüskarı olan klub prezidenti Mais Mənsimov hər zaman olduğu kimi, indi də rəhbərlik tərəfindən komandaya bütün lazımi dəstəyin olduğunu bildirib. Son oyunlarda göstərilən nəticələr gözləntiləri əks etdirməsə də, “Xəzər Lənkəran” prezidenti qarşıdakı görüşlərdə komandanın oyununda müsbət dəyişikliklərin olacağına inamını futbolçu və məşqçi heyətinin nəzərinə çatdırıb. 

Mənsimov klub daxilində olan ümumi yüksək ab-havanı müsbət dəyərləndirdiyini və bunun komandanın yaxşı oyun sərgiləməsi üçün çox vacib amil hesab etdiyini vurğulayıb.

Komandanın üzvləri də öz növbələrində rəhbərlik tərəfindən bütün hallarda nümayiş etdirilən dəstək və inama görə Mənsimova təşəkkürlərini bildiriblər. Futbolçu heyəti və məşqçilər korpusu komandanın oyununa görə üzərlərinə düşən məsuliyyəti anladıqlarını bildirdi. Komanda üzvləri nəticələrin müsbət istiqamətdə dəyişməsi üçün tam güclə çalışmağa davam edəcəklərini klub prezidentinə söz verdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail