UEFA nümayəndələri “Sabah”ın stadionunu yoxlamağa gəlir

21.06.2023 | 640 dəfə oxunub

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” ev oyunlarını Masazırdakı “Bank Respublika Arena”da keçirməyi planlaşdırır.

Bu barədə Qol.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov UEFA nümayəndələrinin sözügedən arenaya yaxın vaxtlarda baxış keçirirəcəyini və müvafiq qərar veriləcəyini bildirib:

Elnur Həmidov

“Biz UEFA-ya “Bank Respublika Arena”nı təqdim etmişik. Hazırda stadionda avrokuboklar oyunları üçün müəyyən işlər gedir. Əsas məqsəd arenanın avrokubok oyunlarının tələblərinə cavab verən səviyyəyə çatdırmaqdır. Ayın sonunda və ya növbəti ayın əvvəllərində UEFA nümayəndəsi tərəfindən stadiona baxış olacaq və qərar veriləcək”.

Xatırladaq ki, “Sabah” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Murad Musayevin komandası Konfrans Liqasında 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Mərhələnin püşkü bu gün atılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail