"Barselona" Halaandı almaq üçün 4 futbolçusunu satmağa hazırdır

13.03.2021 | 4443 dəfə oxunub

İspaniyanın "Barselona" futbol klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumçusu Erlinq Halaandı almağı planlaşdırır.

Stadium.Az “Marca”ya istinadən xəbər verir ki, “Barselona” oyunçunu almaq üçün Samuel Umtiti, Martin Braytvayt, Filippe Koutinyo və Antuan Qrizmannla yollarını ayırmağa hazırdır.

Norveçlinin transferinin məbləği 100 milyon avro təşkil edə bilər. Daha əvvəl Erlinq Halaand UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. İyirmi bir yaşlı hücumçu turnirin tarixində ən tez 20 qola çatan oyunçu olub.

Norveçli forvard İspaniya "Sevilya"sı ilə 1/8 final mərhələsinin cavab görüşündə "dubl" edib. Beləliklə, Halaand Çempionlar Liqasındakı 14 matçında 20 dəfə fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail