Qurban Qurbanov: "İtkilərimiz çox olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq"

29.09.2020 | 5161 dəfə oxunub

"Belə bir vaxtda komandanı idarə etmək asan deyil. Hamımızın fikri ön cəbhəyə yönəlib".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib (sportnet.az).

48 yaşlı mütəxəssis bildirib ki, məşqçilər heyəti futbolçuları oyuna düzgün hazırlamağa, onlara doğru informasiya verməyə çalışır: "Bilirik ki, vacib oyuna çıxacağıq. Mərhələ bir matçdan ibarətdir. Üstəlik, səfərdə oynayacağıq. Rəqib ardıcıl 4-cü matçını evdə keçirəcək. İtkilərimiz çox olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. Səfərə məğlub olmağa getmirik. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibdən çəkinmirik, uduzsaq belə, onların üzərinə gedəcəyik. İnanıram ki, futbolçular vəziyyəti yaxşı dərk edirlər. Hamımız istəkli və arzuluyuq".

UEFA-nın hər hansı təxribatın qarşısının əvvəlcədən alınması üçün "Legiya" ilə oyuna xüsusi nümayəndə təyin etməsinə toxunan Qurbanov heç kimdən çəkinmədiklərini söyləyib: "Onları yaxşı tanıyırıq. Ona görə də bizim üçün elə də önəmli deyil. UEFA öz üstünə düşən vəzifəni yerinə yetirəcək. Biz isə öz oyunumuza hazırlaşacağıq və meydanda çəkinmədən mübarizə aparacağıq. İnanmıram ki, ermənilər biz olan tərəfə yaxın gəlsinlər. Həmişəki kimi, məndə belə hisslər var. Kimsə gəlsə belə, kənardan nə isə edib qaçacaq".

Baş məşqçi haitili yarımmüdafiəçi Donald Geryedən başqa bütün futboçuların Polşaya aparıldığını deyib: "Xayme Romero iki gündür məşqlərə başlayıb. Abdullah Zubir isə hazırlığa 1 gün öncə start vermişdi, komanda ilə daha çox məşq edib. Mahir Emrelinin durumu onlardan bir qədər pisdir. Düzdür, komanda ilə məşq etdi, bəzi anlarda onu qoruduq. Amma oyuna hələ 2 gün var. İnanıram ki, matçadək hamısı daha yaxşı vəziyyətdə olacaq".

Oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail