Zoe Douka: "Mən buna azarkeşlik edəcəyəm" FOTOLENT

29.02.2012 | 6087 dəfə oxunub

"İnter"in yunanıstanlı azarkeşi Zoe Douka klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, "İnter"İn azarkeşi olmasından danışıb və digər suallara cavab verib.

- "İnter" haqqında məlumatı necə öyrəndiniz və nəyə görə məhz bizim klubumuza azarkeşlik etməyə başladınız?- Doğrusu, “İnter” haqqında məlumatları internet vasitəsilə öyrəndim. Mənə maraqlı gəldi və bu komanda haqqında daha yaxından maraqlanmağa başladım. Etiraf edim ki, məni “İnter”in “ağ-göy” rəngləri cəlb etdi, onlar Yunanıstan bayrağının rənglərinə uyğundur.

 - "İnter"in oyunlarını izləyə bilirsiniz? 
- Bəli, internetin köməyilə, məhz klubunuzun rəsmi saytı vasitəsilə “İnter”in oyunlarını izləməyə çalışıram. Bilirəm ki, “İnter” turnir cədvəlində hələlik 2-ci yerdədir və kubok uğrunda mübarizə aparır. Bundan başqa, mənə məlumdur ki, artıq bu günlərdə “İnter”i “Bakı” komandasıyla vacib qarşılaşma gözləyir. Ümid edirəm ki, “İnter” bu matçdan qalib ayrılacaq, fikrimcə, komanda 1:0 hesabıyla qalib gələcək.
 
 - Bakı şəhəri sizdə hansı təəssüratları oyatdı? 
- Sizin çox gözəl şəhəriniz var və mənim çox xoşuma gəldi. Çox şadam ki, Bakıda olmaq mənə müyəssər oldu. 
 
- Komandamıza nə arzu edərdiniz? 
- “İnter”ə uğurlar arzilayıram, ümid edirəm ki, komanda mövsümü 1-ci yerdə başa vuracaq. Mən buna azarkeşlik edəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail