FIFA fəsil sistemini dəyişir?

05.05.2020 | 6110 dəfə oxunub

FIFA dünya futbol təqviminin ümumi prinsipinin dəyişdirilmə məsələsi ilə məşğuldur. Stadium.Az xəbər verir ki, bu barədə "Sport" radiosuna CONCACAF-ın prezidenti və FIFA-nın vitse-prezidenti Viktor Montalyani açıqlama verib.

O, ali futbol qurumunun COVID-19 pandemiyası ilə əlaqədar belə addıma məcbur olduğunu bildirib: "Hazırda futbol mövsümünün dayandırılması və ya bərpası ilə bağlı qərarı dövlət orqanları verir. Dövlətin futbolun işlərinə müdaxiləsini qətiyyən qəbul etməyən FIFA isə bununla bağlı mübahisə etmir. Çünki məcburi müvəqqəti tədbirdir. Amma tətbiq oluna biləcək digər dəyişikliklər də var".

Montalyani misal kimi futbol təqvimini göstərib. FIFA rəsmisinin fikrincə, ənənəvi payız-yaz sxeminin əvəzinə illik təqvim sistemi, yəni, yaz-payız əsas götürülə bilər: "2022-ci il dünya çempionatının Qətərdə noyabr-dekabrda keçiriləcəyini nəzərə alaraq, bu sistemi daimi əsasa çevirmək üzərində düşünmək olar. Məsələn, CONCACAF-a daxil olan Şimali Amerika ölkələrində mövsüm təqvim ili ərzində keçirilir və bu da heç bir çətinlik törətmir. Avropa, Afrika və digər qitələr üçün də problem olacağını düşünmürəm".

Qeyd edək ki, daha əvvəl FIFA-nın pandemiya şəraitində bir neçə qaydasını dəyişəcəyi açıqlanıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail