İdman dünyası məşhur beysbolçu Danry Vaskesin sevgilisinə qarşı şiddət göstərdiyi görüntülərdən danışır. Stadium.Az xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında 2016-cı il avqustun 2-də yaşanıb.
Venesuelalı idmançı məşqdən sonra bazadan çıxarkən pilləkənlərdə sevgilisini amansızcasına döyür. Görüntülərin ortaya çıxmasından sonra yerli polis orqanlarında istintaq başladılıb.