"Azərbaycan Türkiyə ilə birgə Yay Olimpiya Oyunları keçirə bilər"

24.05.2017 | 4300 dəfə oxunub

"Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdır". 

Stadium.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. A.Rəhimovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Olimpiya Komitısinin bəzi tələblərini yerinə yetirməlidir: "Məsələn, su idman növləri üzrə bizdə tamaşaçı yeri 6 mindir. Amma tələb 18 mindir. Yəqin ki, gələcəkdə şərtlər güzəştli olacaq". 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək: "Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər". (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail