UEFA Millətlər Liqası: Azərbaycan Ermənistanla eyni dvizionda

01.04.2017 | 4377 dəfə oxunub

UEFA-nın mətbuat xidməti futbol üzrə millətlər liqasının qruplarının ilkin tərkibini açıqlayıb. Stadium.Az xəbər verir ki, bu turnir 2018-ci ilin sentyabrından başlayacaq.

Turnir çərçivəsində 55 milli komanda “A”, “B”, “C” və “D” olmaqla dörd qrupa bölünəcək. Bölgü 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin sonuna olan reytinq əsasında aparılacaq.

“A” divizionuna ən yüksək reytinqə malik 12 komanda salınacaq. Növbəti 12 komanda “B”, daha sonrakı 15 komanda “C”, son 16 komanda isə “D” divizionunda qərarlaşacaq.

Millətlər liqasının reqlamentinə əsasən, komandalar bir diviziondan digərinə yüksələ və düşə bilər. Turnirin yekun nəticələri Avropa seçmə mərhələlərinin püşkü üçün əsas götürüləcək.

Qeyd edək ki, UEFA milliləri üçün son reytinq cədvəli martın 26-da məlum olub. Məhz bu reytinq əsasında qrupların ilkin heyəti açıqlanıb.

Beləliklə “A” divizionu: Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina;

“B” divizionu: İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə və Macarıstan;

“C” divizionu: Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Çernoqoriya, Norveç, Litva, Azərbaycan, Kipr və Ermənistan;

“D” divizionu: Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosova, Malta, Andorra, San- Marino və Cəbəllütariq.

Turnirin qalibi 2019-cu ilin iyununda təşkil ediləcək və dörd komandanın iştirak edəcəyi final turnirində müəyyənləşəcək.

Ukrayna yığması ilə Rusiya, Azərbaycan millisi ilə isə Ermənistan komandası eyni diviziona düşmələrinə baxmayaraq, eyni qrupda yer ala bilməzlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail