Elxan Abdullayev: ""Qarabağ"la oynamaq daha asandı" - MÜSAHİBƏ

15.03.2017 | 4553 dəfə oxunub

"Çox ağır oyun oldu. "Qəbələ" güclü rəqibdi, yaxşı məşqçiləri, futbolçuları var. Bakıya 3 xal dalınca gəlmişdilər. Çempionluq mübarizəsi aparırlar. Amma bizə də qələbə vacib idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 22-ci turunda “Qəbələ”yə qalib gəldikləri oyundan (1:0) sonra deyib.

- "Neftçi"də qış fasiləsindən sonra qeyri-sabitlik var. Amma bu gün geridönüş etdi. Bunun səbəbi nədi?

- Qələbələr fərqli olur. "Qəbələ" açıq futbol oynayan komandadı. Belə rəqiblərlə oynamaq asandı. Amma elə komanda var ki, bir xal üçün meydana çıxır. Məni düz başa düşün, komandaları pisləmirəm.

- Qarşıda kubok matçı da var. Çempionatdan kuboka köklənmək çətin olmayacaq ki?

- Kubokdan əvvəl "İnter"lə də oyunumuz var. O oyunlar da çox fərqlidi. Kubokun nəticəsi iki oyundan ibarətdi. Hələlik kubok oyunu ilə bağlı danışmaq istəmirəm. Sözsüz ki, finala adlamaq istəyirik.

- "Qarabağ", yoxsa "Qəbələ"lə oynamaq daha asandı? Və yaxud sizcə, hansı komanda çempionluğa daha layiqdi?

- Hər iki komanda çempionluğa layiqdi. Açığı, "Qarabağ"la oynamaq daha asandı. Ağdam klubu neçə ildi bir heyətlə çıxış edir. Amma "Qəbələ"nin meydana hansı taktika, hansı futbolçularla çıxacağı bilinmir.

- Hüqo Barqasın heyətə düşə bilməməsinin səbəbi nədir?

- Barqas yaxşı futbolçudu. Ancaq bizim sistemimiz hər iki futbolçunun oynamasına imkan vermir. Bundan başqa limit məsələsi də var. Buna görə də məcbur kimdə ehtiyatda qalmalıdı. Deməzdim ki, Seqoviya Barqasdan daha güclüdü. Onun da vaxtı gələcək. Özü də deyir ki, mən yerimi heç kimə verməyəcəm. Normal rəqabət belə olur. İkisi də dostdular.

- Jayronun komandadan ayrılacağı ilə bağlı xəbərlər dolaşır...

- Komandada 26 futbolçu var. Nə vaxtsa, onu da vaxtı gələcək. Onun mövqeyində 6 futbolçu var. Biz çox qol buraxmırıq ki, oyundan sonra heyəti dəyişim. Hər an Jayrono meydanda görə bilərsiz.

- Siz baş məşqçi olmayanda "Neftçi" "Qəbələ"yə 0:8 hesabı ilə məğlub olmuşdu. Bu gün isə rəqibə çempionluq yolunda zərbə vurdunuz. Bunu revanş adlandırmaq olar?

- Biz sadəcə, qələbə qazandıq. Üç oyun onlar udanda, bir dəfə də biz udmalıyıq da.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail