"Böyük dəbilqədə"ki ilk medalçımız: "Çətin olur, rahat güləşə bilmirsən"

11.03.2017 | 3838 dəfə oxunub

“Böyük dəbilqə” hər il olduğu kimi çox gözəl təşkil olunub”. Stadium.Az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov deyib.

26 yaşlı cüdoçumuz Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə bürünc medal qazanıb. Səfərov 3-cü yer uğrunda görüşdə braziliyalı Erik Takabatekeni məğlub edib. 

“Böyük dəbilqə”dəki çıxışını şərh edən cüdoçu bildirib ki, “doğma divarlar” arasında döyüşməyin asan olduğu deyilsə də, çox məsuliyyətlidi:

“Çətin olur, rahat güləşə bilmirsən. İlk döyüşümdə iki həftə öncə Parisdə qalib gəldiyim qazaxıstanlı Qusman Kırqızbayevə uduzdum. Bu görüşü nəzərə almasam, yaxşı çıxış etdim. Parisdə qazaxıstanlı idmançının gücünü heç hiss etməmişdim. Burda döyüşüm nəsə alınmadı. Düzü, bu yarışa çox məsuliyyətli yanaşdım. Çünki çempionluğa güləşirdim”.

Səfərov ilk görüşündə Kırqızbayevə məğlubiyyətin səbəbini də açıqlayıb: “Hakim heç nədən mənə 2 şido verdi. Bəlkə də birincisi düşürdü. Amma ikincini düzgün vermədi. Artıq hücum etməliydim ki, mənə 3-cü cəriməni verməsinlər. Bunu da etdim. “Qızıl xal” üçün güləşəndə mən rəqibə 2 şido da “verdirdim”. Amma hücum etməkdən yoruldum və o qalib gəldi”.

“Böyük dəbilqə”nin mükafatçısı Dünya Turu çərçivəsində keçiriləcək növbəti yarışlara qatılmayacağını da açıqlayıb. Onun sözlərinə görə, 2 turniri buraxdıqdan sonra Avropa çempionatında qüvvəsini sınamağı planlaşdırır: “Çünki hazırlıq da keçməliyik ki, qitə çempionatında və İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edək”. 

“Böyük dəbilqə” yarışı bu gün və sabah da davam edəcək. Səfərovun sözlərinə görə, turnirdə Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Elxan Məmmədov və Elmar Qasımovdan da medal gözləyir.

Azərbaycan millisi “Böyük dəbilqə”yə 50 cüdoçu ilə qatılıb. Yarışın ilk günündə onlardan 19-u çıxışını başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail