Qitə futbol qurumu 641 klub üçün 150 milyon avro ayırıb. Seçmə mərhələdə çıxış edən futbolçuların klublarına 50, final mərhələsində oynayan oyunçuların komandaları üçün 100 milyon avro bölüşdürülüb.
UEFA bu gün məbləğin klublar arasında bölündüyün açıqlayıb.
2020-ci Avropa çempionatı üçün mükafat fondunun 200 milyon avroya yüksələcəyi gözlənilir.