"Ağabalanın məni qucaqlamasını inanın ki, evə gələndə şəkillərə baxdıqdan sonra görmüşəm"

30.01.2017 | 5115 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçının baş hakimi Ramil Diniyevin idarəçiliyi müzakirələrə səbəb olub.

Stadium.Az xəbər verir ki, ağdamlıların qapısına real penaltini təyin edilmədiyi iddia edilən referi, matçın 71-ci dəqiqəsində qonaqları cəzalandırıb.

O, Məqsəd İsayevin cərimə meycançasının xətti üzərində əllə oynamasını penalti kimi qiymətləndirib. Bu zaman isə "atlılar"ın yeni transferi Ağabala Ramazanov Ramil Diniyevin boynuna sarılıb. Futbolçu açıqlamasında bildirib ki, guya Diniyev ondan penaltinin olub-olmadığını soruşub.

Ramil Diniyev "futbol11"ə açıqlamasında həmin epizodu belə xatırladığını deyib: "Qərarlar barədə danışmağa ixtiyarım yoxdur. Ağabalanın məni qucaqlamasını inanın ki, evə gələndə şəkillərə baxdıqdan sonra görmüşəm. Oyun içində belə emosial anlar olur. Bu hərəkətinə görə Ramazanovu meydadan qovmağım da düz deyil. O ki, qaldı futbolçunun açıqlamasına, Ağabaladır da, danışır özü üçün. Ağabalanın sözü ilə penalti təyin edəcəm? Həmin epizodda köməkçimdən penaltinin olub-olmadığını soruşmuşam. Görünür, Ağabala Ramazanov da səhv başa düşüb. Çünki yan xətt hakimi epizodu daha yaxşı görürdü".

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail