Şahin Diniyev: "Biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq"

28.01.2017 | 3868 dəfə oxunub

"Son iki mövsümdə "İnter"lə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub".

Stadium.Az xəbər evrir ki, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XV turunda Bakıda "İnter"lə keçiriləcək oyun öncəsi klubun saytına deyib.

O, hər iki komandanı çətin oyunun gözlədiyini bildirib:

"İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər "İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail