Roman Qriqorçuk: "Maaşım 2 dəfə azaldılıb"

26.01.2017 | 4664 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukraynada "Futbol" Tv-ə müsahibə verib. Stadium.Az xəbər verir ki, o, hazırda bütün diqqətlərinin "Qarabağ"la oyuna yönəldiyini deyib:

"Qəbələ" tarixində heç vaxt 3-cü yerdən yuxarı qalxa bilməyib. Ancaq nəzərə alsaq ki, komanda iki ildir ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış edir, mən bunu böyük nəticə sayıram. "Qəbələ" üçün ikinci yer yaxşı nəticə olacaq. Ancaq 2-ci yer, birinci yer deyil. Çempionluq çempionluqdur". 


Ukraynalı mütəxəssis "Qəbələ"nin Avroliqanın qrup mərhələsində 1 xal qazanmamasına da aydınlıq gətirib: "Biz "Mayntz", "Sent Entien" və "Anderlext"dən nəinki geri qalırıq, hətta başqa qütblərdəyik. Maddi mənada da xeyli güclənməliyik".  

Qriqorçuk "Qəbələ"nin büdcəsinin azaldılması məsələsinə də münasibət bildirib: "Dəqiq rəqəm deməyəcəm. Çünki bu mənim işim deyil. Sadəcə onu deyə bilərəm ki, bəli, büdcə azaldılıb". 

"Qəbələ"nin baş məşqçisi futbolçuların və məşqçilərin əmək haqqının azaldığını təsdiqləyib. O, öz əmək haqqının təxminən 2 dəfə azaldığını bildirib. 

Roman İosifoviç "Qəbələ"də qalan iki ukraynalı futbolçu - Dmitri Bezotosnı və Vitali Vernidubun xeyli artırdığını deyib: "Bir çox insanlar belə peşəkarlığı öyrənməlidirlər. Dmitri artıq 30 yaşını keçib. Onun yaşı artdıqca, oyun küyfiyyətləri yüksəlir. İstəyirəm ki, Bezotosnı 50 yaşına kimi oynasın". 

Qriqorçuk son vaxtlar başına gələn maraqlı hadisələrdən də danışıb: "Bir gün "Qəbələ"nin əvəzedicilərinin oyununa baxmağa gəldim. Jurnalistlərdən biri yaxınlaşdı ki, "olar kameraya oyun haqqında bir neçə kəlimə danışasınız?". Müsahibə verdiyim yerdə bir nəfər yaxınlaşır və deyir, sizdə alışqan yoxdur? Stadionda nə qədər desən adam var, get birindən soruş da". //cbcsport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail