Roman Qriqorçuk: "Prinsipcə, bu, düzgün yanaşmadır"

20.01.2017 | 3383 dəfə oxunub

“Qəbələ” Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununda Qazaxıstanın “Ordabası” klubu ilə qarşılaşıb. Stadium.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu, düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail