Müşfiq Şahverdiyev: "Rednik "quşlasa", parodiya edəcəyik"

25.09.2011 | 14576 dəfə oxunub

"Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin yekunlaşması ötən ilə təsadüf etsə də, "Tumurcuq" təxəllüslü Müşviq Şahverdiyev qalib kimi bahalı avtomobilinə qovuşaraq, olduqca xoş günlərini yaşayır. Finala doğru odlu-alovlu çıxışları ilə hələ də tamaşaçıların xatirindən çıxmayan aktyoru yeni maşınında şəhərdə tez-tez görmək olar. Sponsor şirkətlərin adları həkk olunan yarlıqlar da üstündədir, qoparmayıb. Futbolla yaxından maraqlanmasa da, «Tək səbir»in əsas rol ifaçısı «Tam sərbəst»dəki kimi danışdı.

Səni heç stadionlarda görmürük. Niyə gəlmirsən?
- Vallah, gəlirəm e, o da hərdən-birdən. Bizdə futbol olmadığı üçün marağım yoxdur. Hərdən «Xəzər»in «Neftçi» ilə oyunu olanda baxıram. Bu komandalar arasında intriqa var. Həmin oyunu izləyirəm ki, görək, kim udacaq? Əksər vaxtlarda uduzacağıq deyə, getmirəm.
- «Xəzər Lənkəran» uduzacaq deyirsən?
- Uduzacaq deyəndə ki, «Xəzər» son vaxtlar yaxşı oynamır. Mən bizim klublardan danışmıram. Xarici komandalarla oynayanda marağım olmur baxmağa. Çünki bilirəm ki, 99 faiz uduzacağıq. Bu yaxınlarda deyəsən, «Xəzər» «Neftçi»ni udmuşdu, hə?
Yəqin ki, yaxşı maraqlanmırsan, son nəticələrdən xəbərsizsən. Komandaya inamın azalıb?   
- Sözsüz ki, mən azarkeşlik edirəm. Doğma komandadır da.
Necə azarkeşsən ki, fanatları əhatənə yığıb, ayağa qaldırmırsan?
- «Xəzər»ın oyunlarına baxıram. Lənkərana gedə bilməsəm də, Bakıda oynayanda dəstək verirəm. Dost-tanışla oyunlara gedirəm.
Deyirlər ki, realiti-şouda qalib gəlməyində «Palmali» şirkəti sənə kömək etdi. 
- Belə deyirlər.
Həqiqətdə belədir?
- Hardasa ola bilər. Şirkət işçilərinin köməyi dəyər. Rəhbərlik tərəfindən nəsə olmasına isə inanmıram. Deyirlər ki, «Palmali» mənə ev və maşın verib. Bunlar boş-boş söhbətlərdir. Heç pendir-qatıq da vermədilər (gülür).
Onda komandadan pendirin acığını çıxırsan?
- Təkcə «Xəzər»dən söhbət getmir. Mənim futbola o qədər də marağım yoxdur. Dostlarım təqvimi əzbərdən deyir. Amma məndə maraq yaratmır futbol. «Xəzər»lə  «Neftçi» arasında intriqa olduğuna görə oyuna baxıram. Onlar da bir-biriylə düşməndir. Bunun  üçün həmin oyunu izləyirəm ki, axırı necə olacaq. Bu yaxınlarda internetdə oxudum ki, «Xəzər» futbolçuları uzaqlaşdırıb, sonra da komandaya qaytarıb. 
Futbola pul qoyuluşu edirsən?
- Ətrafımdakı dost-tanışlar pul qoyurlar. Onlar bu işlə məşğul olurlar. Amma mən belə şeydən qorxuram. Çünki bir-iki nəfəri gözümün önündə çökdüyünü görmüşəm. Oyunlara pul qoyuluşu ediblər, yaxşı da qazanıblar, lakin sonradan elə itiriblər ki, qazandıqlarının  üstündə ev-eşiklərini və maşınlarını satıblar. Belə şeylərdən uzağam. Bu da qumar kimi bir şeydir. Bir gətirir, o biri günü qazandığını da itirirsən.
Bu qədər futbola aid parodiyalar göstərmisiz, ancaq nədənsə «Xəzər Lənkəran» - «Neftçi» qarşılaşması ilə bağlı heç nə hazırlamırsız.  
- Belə səhnəciklər olub. Qurban Qurbanovu, Tərlan Əhmədovu və Şahin Diniyevi parodiya etmişik.
Mirça Redniki niyə parodiya etmirsiz?
- Kimi?
Redniki.
- Rednik kimdir?
«Xəzər Lənkəran»ın baş məşqçisidir. Müşviq, azarkeşlik etdiyin komandanın məşqçisinin kim olduğunu da bilmirsən?
- Yeni gələn məşqçini tanıyıram. Adı yadımdan çıxmışdı. Onu parodiya etmək tezdir. Özünü bir baş məşqçi kimi göstərsin, baxım nəyi bacarır. Ondan sonra baxarıq. O da «quşlasa», parodiya edəcəyik.
Berti Foqtsı tanıyırsan, heç olmasa?
- Millinin bir-iki oyununu izləmişəm. Onun haqda bilsəydim, ətraflı danışardım. Bir neçə məşqçinin gəlib-getdiyindən xəbərim var. Amma ortada nə oyun, nə də nəticə var. Bu yaxınlarda hansısa komandayla oynayıblar. Biz də getmişdik. Deyəsən, Qazaxıstan idi. Oyun xoşuma gəldi. Vaqif Cavadovu bəyəndim. Belçikaya qarşı isə yaxşı oynamadılar.
Millinin futbolçuları ilə ünsiyyət yaratmamısan?
- Futbolçularla tanışlığım yoxdur. Ancaq  Zaur Ramazanovu tanıyıram. Aramızda münasibət var. Fərda ilə Anarın futbola marağı çoxdur. Onlar futbolçuları daha yaxşı tanıyır.
Futbolu idmanın şahı sayırsan?
- Dünyada bir nömrəli oyundur.
Azərbaycanda necə, futbol idmanın şahıdır, yoxsa nökəri?
- Ölkəmizdə idmanın şahı başqa növlərdir. Həmin növlərdə nəticələr göz qabağındadır. Futbolda nəticələr zəif olduğu üçün maraq da azdır.
Bizim şou-biznes ulduzları da bahalı maşınlar sürür, Avropada beş-altı qol buraxan futbolçular da. Bunlar arasında bir fərq görmürsən?
- Onlar da futbolun ulduzlarıdır da.
Uduzandan nə ulduz?
- Siz dünya futbol ulduzlarından danışırsız, yoxsa bizimkilərdən?
Söhbət bizimkilərdən gedir…
- Onu düz deyirsiz. Ayağı top tutmayan belə futbolçuların ayağının altında «Porşe», hər cür CİP var. Futbolda pul var, hərəkət, oyun yoxdur. Şükür Allaha, pul verirlər, oynasınlar da. Şou-biznes nümayəndələri «X-6»nı kreditlə götürürlər, futbolçular isə nəğd pula alırlar. Bax, fərq bundadır.
Futbolçularla üz-üzə gəlsəydin, nə məsləhət verərdin onlara?
- Futbolu dərindən bilmədiyim üçün nəsə deyə bilmərəm. Münasibətim olan adamdan soruşa bilərəm ki, bizim futbolun dərdi nədir, futbolçular niyə yaradılan şəraitdən istifadə etmirlər? O liliputlar var ki, heç vaxt böyümürlər, bizim futbol da indi bu gündədir. Nə böyüyür, nə də inkişaf edir.
Boş vaxtlarında futbol oynayırsan?
- Vüqar Maştağalı, Elton, Ağadadaş Ağayev boş vaxtlarında oynayırlar. Bir neçə dəfə məni də dəvət ediblər, gedə bilməmişəm. Düzü, vaxt olmayıb. Çox həvəsliyəm oynamağa. Bir az qaçıb qarınımı əridərəm də.
Bəlkə bundan sonra futboldan yumor səhnəcikləri hazırlayasan? 
- Televiziyada yeni bir layihə hazırlayırıq. Həmin verilişə futboldan da səhnələr salına bilər. Ola bilsin ki, bir futbolçu və məşqçini parodiya edək. Adını hələ açıqlaya bilmərəm. Ssenari hazır olmadığından, düz çıxmaz. İnşallah, veriliş hazırlanandan sonra görərsiz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail