Tahir İmanov: "Millinin oyununa baxıb, xəcalət çəkirəm" - MÜSAHİBƏ
Tahir İmanov 13 dekabr 1974-cü ildə Bakıda dünyaya gəlib. 1981 - 1991-ci illərdə 189 saylı məktəbdə oxuyub. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1996-cı ildə həmin institutu bitirib. İxtisasca iqtisadçıdır. 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kuboku»nun sahibidir. 2000-ci il ŞHK “Əsrin çempionu” adını qazanıb. 2001-ci ildə “Planet Parni iz Baku” KVN Teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri və rejissorudur. Sənət dünyasında Tahir bəyin xüsusi yeri var; müasir gənclik onu sevir, bəyənir və dəstəkləyir. Teatr səhnəsi və qapalı zallardan çıxmaq hər aktyorun işi deyil. O isə bu sərhədləri çoxdan aşıb. «Bir anın həqiqəti» (2003), «Durnalar qayıtdı» (2003), «Məhəllə» (2003), «Məhəllə Moskvada» (2004), «Tam məxfi» (2004), «Məşədi İbad-94» (2005), «Nümunəvi şagird» (2006) və «Vərdiş» (2006) filmlərində əsas rolları ifadə edib. Ciddi obrazları canlandırmaqla, tamaşaçını güldürməyi və düşündürməyi bacaran Tahir İmanovla müsahibəsni idmanın «şah»ı üzərində qurduq; müsahibimiz eşidib-bildiklərini, duyub-gördüklərini bizimlə bölüşdü. - Futbolla o qədər də maraqlanmıram. Bu olmasa da, mənim üçün həyat davam edəcək. - Heç millinin oyunlarını da izləmirsiz? - Mütəmadi izləmirəm. Dostlar və ya qohumlardan kimsə baxarsa, mən də qoşularam ona. Boş vaxtım yoxdur ki, oyunlara gedim. İşimi kənara atıb, futbola getmərəm. Avstriyada olanda, millimizin oyununa baxdım. Kefimi elə pozdular ki, sona qədər izləmədim. Böyük hesabla uduzdular. Avstriya elə də güclü deyil, halbuki onları udmaq da olardı. Millimizin oyununa baxanda, elementar çatışmazlıqları görürsən, futbolçular sanki qələbə qazanmaq istəmirlər. - Niyə belə fikirləşirsiz? - Çünki digər komandalarda sona qədər mübarizə aparmaq, əzmkarlıq görürəm. Bizimkilər isə əksinə, oynamaq istəmirlər. Qol vuran kimi arxayınlaşırlar. Hər bir insan peşəsindən asılı olmayaraq, sona qədər mübarizə aparmalıdır. Söhbət normal və sağlam mübarizədən gedir. Mən millinin oyununa baxıb, vətəndaş kimi xəcalət çəkirəm. Lixtenşteyn kimi komandanı uda bilmirsə, hansı futboldan danışmaq olar? Həmişə Allaha dua edirəm ki, bizə səbr versin. Azərbaycanın futbol tarixi Lixtenşteyn və Andorradan çoxdur. Bizim komanda onlarla müqayisəyə gəlməməlidir. İndi isə əksinədir. Onlar irəli, biz geriyə gedirik. Futbolla bağlı bir satirik səhnə hazırlamışıq. Orda nümayiş etdiririk ki, futbol İngiltərədə doğulub, Braziliyada boya-başa çatır, Azərbaycanda ölür... - Millinin sabiq baş məşqçisi Şahin Diniyevi parodiya etmisiz. Berti Foqtsla bağlı belə planınız var? - O, almandır. Əcnəbi məşqçini parodiya etmək üçün tərcüməçi olmalıdır. Bu, elə də effektli alınmayacaq. Foqts nə demək istədiyimizi başa düşməyəcək. Tərcüməçi isə fikrimizi istədiyimiz kimi ona çatdırmayacaq. Foqts, sən deyən, populyar insan deyil. Şahin Diniyev ondan yaxşı tanınırdı. Biz ancaq tanınmış insanları parodiya edirik. - Futbolçularla yaxın tanışlığınız var? - Ancaq yaşlı nəsli tanıyıram. İqor Ponomaryov, İsgəndər Cavadov, Nazim Süleymanov, Maşallah Əhmədov və başqalarını. Onlar həm futbolçu, həm də bir insan kimi şəxsiyyət idilər. Vallah, indiki futbolçular onların yerini vermir. İsgəndər Cavadov, İqor Ponamaryov və Maşallah Əhmədov oyundan sonra hansısa barda siqarət çəkib, içki içməyib. Onda belə şeylər yox idi. Hər biri rejiminə baxırdı. Digər yandan, nizam-intizam güclü idi. İndi futbolçular oyun başa çatan kimi əyləncə mərkəzinə gedirlər. Siqaret çəkən və spirtli içki içən futbolçu görürəm. Özləri üçün kef edirlər. Ondan sonra həmin futbolçu meydanda 90 dəqiqə qaça bilər? AFFA prezidenti Rövnəq Abdullayev indi futbolçular üçün nə şərait yaratmır? Halal xoşları olsun! Maşınları, evləri, necə deyim, hər şeyləri də var. Bunun qarşılığında niyə nəticə göstərmədiklərini isə artıq mən deyə bilmirəm. - Məclislərdə onlarla rastlaşanda, nə deyirsiz? - Həmin futbolçularla yaxın münasibətdə deyiləm. Üz-üzə gələndə, ancaq «salam», «sağ ol» ola bilər. Mən iradımı ancaq səhnədə - efir vasitəsilə bildirərəm. Bu gün komandamızın oyunundan narazı olanlar çoxluq təşkil edir. - Ölkə çempionatının oyunlarına necə, ona da baxmırsız? - Altı-səkkiz il bundan əvvəl bir oyuna televiziyada baxmışdım. Həmin oyunda futbolçu hakimi təpiyin altına salıb əzişdirməyə başladı. Ondan sonra mən çempionata baxmıram. - Klubların avrokuboklarda çıxışından xəbəriniz var? - Həqiqətin acısı kimi, şirini də var. Pisi deyəndə, gərək, yaxşını da yaddan çıxarmayaq. «Qarabağ»ın uğurları məni sevindirdi. Artıq üç ildir ki, avrokuboklarda uğur qazanırlar. «Qarabağ» və «Bakı»nı bəyənirəm. - Türkiyədə sənətçilər azarkeşi olduğu komandaya stadiondan dəstək verirlər. Bizimkilər bunu edə bilməzlər? - Türkiyə ilə Azərbaycan çempionatlarını müqayisə etmək düzgün deyil. Onların çempionatı bizdən qat-qat yüksəkdədir. Türklərin millisinin və klublarının göstərdiyi nəticələr özlərinə marağı artırıb. Ona görə də türk sənətçilər futbola önəm verməklə yanaşı, komandanı stadiondan dəstəkləyir. Gözəl oyuna baxmaqla streslərini çıxarırlar. Bizdə millinin oyununa baxanda əsəbləşirsən. Stadiona azarkeşlər ona görə gəlir ki, komandanı dəstəkləsinlər. Əvəzində gözəl oyun və qələbə istəyirlər. Bunu görməyən azarkeş növbəti dəfə dəstəkləməyə gələr? Yox. Türkiyədə sənətçilər futbolda dincəlir və həzz alırlar. Bizdə isə əsəbləşib, qanları qara gedirlər evə. Əgər millinin oyunu əhvalımı korlayırsa, ona baxmasam, yaxşıdır. Çünki qanım qaralanda işləyə bilmirəm. - Tanınmış futbolçulardan kiminlə görüşmüsüz? - Hakan Şükürlə istirahətdə tanış olmuşam. O, böyük futbolçu olub. Hakanı nəinki futbolumuz, ağrılı yerimiz - Qarabağ problemi də narahat edir. Onunla bu barədə söhbətimiz olub. Bir az dərdləşdik, sonra da birlikdə şəkil çəkdirdik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |