Maradona arvadını məhkəməyə verib

21.07.2015 | 3458 dəfə oxunub

Dünya futbolunun ulduzu Dieqo Maradona ilk həyat yoldaşı Klaudio Villafaneni məhkəməyə verib. Stadium.az xəbər verir ki, Dieqo ilk həyat yoldaşının onun bank hesablarından 8.7 milyon dolları icazəsiz aldığını bildirib. 54 yaşlı Maradona məhkəməyə verdiyi Villafane barəsində isə bunları deyib: "13 il evli olduğum qadının mənə bunu etdiyinə inana bilmirəm".

Maradona araşdırmalar nəticəsində ilk həyat yoldaşının ABŞ-da Mayamidə 2 milyon dollarlıq üç mənzil aldığını da deyib. Əfsanəvi fubolçu onun hesabından oğurlanan 3 milyon dolların isə Uruquvaydaki bir bank hesabına köçürdüyünü də bildirib.
Araşdırmalar sonunda o da məlum olub ki, 40 min dollarlıq ödəmə edildiyi deyilən bir stomatoloq əslində heç də stomatoloq deyilmiş.

Köhnə cütlük arasındakı məhkəmə gələn həftə baş tutacaq. Maradonanın ilk həyat yoldaşından olan qızı Dalma isə atasının səhv adamlar tərəfindən idarə edildiyini, anasının isə dünyanın ən dürüst insanı olduğunu deyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail