Ceyhun Sultanov: "Ailə qurmaq oyun qurmaqdan daha çətindi" - MÜSAHİBƏ

16.12.2014 | 3924 dəfə oxunub

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı Azərbaycan futbolunun tanınmış nümayəndəsi olan, milli komandanın sabiq üzvü, hazırda isə “Sumqayıt” klubunun baş meneceri kimi çalışan Ceyhun Sultanovdur.


- Müsahibələrinizin birində demişdiniz ki, ailəniz sizin futbolla məşğul olduğunuzu məşqlərə qatıldıqdan bir il sonra bilmişdi. Həmin vaxt valideynlərinizin buna reaksiyası necə olmuşdu?

- Düzü, əvvəl bir az etiraz etdilər, amma mənim fikirimin qəti olduğunu gördükdən sonra mənimlə razılaşdılar. Sonradan valideyinlərimin də bu idman növünə maraqları yaranmışdı.


- Qardaşınız Rinat Sulatanov da futbolçu idi. Onda necə, futbola marağı siz yaratmışdınız?

- Yox, biz ümumiyyətlə ailədə beş qardaş olmuşuq və hamımızın da futbola marağı olub.Yəni Rinat mənim təsirimlə yox, öz istəyi ilə bu sahəyə üstünlük vermişdi.


- Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

- Əslində, həyat yoldaşımın futboldan o qədər də anlayışı yoxdur. Amma evlənərkən mənim futbolçu olmağımla bağlı heç bir problem olmamışdı.


- Futbolçu karyeranızda oyun qurucusu olmusunuz. Necə düşünürsünüz, oyun qurmaq daha asan idi, yoxsa ailə qurmaq?

- Çətin sualdır, amma məncə, ailə qurmaq daha çətindir, çünki oyun zamanı ediləcək bir səhvi sonradan siğortalamaq olar, ancaq ailə qurarkən yalnışlığa yol verilsə, bunun nəticəsi daha pis ola bilər.


- Oyun quruculuğundan söz düşmüşkən, pleymeyker kimi sizin üçün hansı hücumçu ilə oynamaq daha rahat idi?

- Mənim üçün Xəqani Məmmədov və Zaur Ramazanov kimi forvardlarla oynamaq daha asan idi.


- Yenidən ailə mövzusuna qayıdaq. Ailəniz sevgi üzərində qurulub, yoxsa valideynlərinizin məsləhəti əsasında?

- Sevgi əsasında. Mənim həyat yoldaşım evlənməmişdən əvvəl mənim həkimim olub.


- Futbolçu kimi evdən kənarda çox olmusunuz. Hətta İranda legioner həyatı da yaşamısınız. Ailənizdən uzaq olanda ən çox hansı problemlərlə üzləşirdiniz?

- Açığı, elə də ciddi problem yaşamamışam. Mən legioner həyatı yaşayanda ailəm burda olsa da, tez-tez yanıma gəlirdilər deyə ciddi problem olmurdu.


- Özünüzün edə bilmədiyiniz nəysə varmı ki, onu övladlarınızın etməsini istərdiniz?

- Məsələn, mən futbolçu kimi Dünya və Avropa çempionatında çıxış etmək, həmin turnirlərdə uğur qazanmaq istərdim, amma buna nail olmamışdım. Bunun övladım tərəfindən reallaşdırılmasını istərdim. Ancaq mən qız atası olduğumdan deyəsən, bu arzularım elə arzu olaraq da qalacaq (gülür – T.M.)


- Sözünüzdən belə çıxır ki, oğlunuz olsa, onun futbolçu olmasına etiraz etməyəcəksiniz

- Təbii ki, 100% futbola aparardım.


- Futbolçulardan kimlərlə ailəvi münasibətiniz var?

- Xəqani və Füzuli Məmmədov qardaşları, eləcə də Emin İmaməliyevlə ailəvi münasibətimiz var.


- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

- Ən maraqlı hadisələrdən biri təxminən 16 yaşında başıma gəlmişdi. Zirədəki oyundan qayıdarkən sonuncu qatara gecikdik. Heç avtobusa da vaxtında çata bilmədik və nəticədə bütün komanda ilə yolda qaldıq. Pulumuzun da olmayan vaxtı idi. Sonradan təsadüfən yoldan keçən kamaza mindik. Kamazda yol gedərkən hamı əlindəki çörəyi yeyirdi. Həmin vəziyyətə həm gülürdük, həm də əsəbləşirdik. Hamı da əlindəki çörəyi gizlədirdi ki, heç kim öz çörəyini tez yeyib başqasından istəməsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail