Türkiyə klublarının oyunları "İddia" və "Topaz"ın proqramından çıxarıldı

28.07.2011 | 5350 dəfə oxunub

Türkiyə futbolunda danışılmış oyunların istintaqı davam etdiyi vaxt "İddaa" bukmeyker kontoru qardaş ölkə klublarının iştirakı ilə keçirilən oyunlara pul qoyuluşlarını dayandırıb.

Stadium.Az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu barədə Türkiyənin Gənclər və İdman Baş İdarəsinin müdiri Yunus Akgül bildirib. Akgül bildirib ki, bu qadağa Türkiyə Futbol Federasiyasının yekun qərarı açıqlananadək qüvvədə olacaq. Hökumət rəsmisi hər hansı söz-söhbətə əsas verməmək üçün belə bir qərar qəbul etdiklərini vurğulayıb.

Hazırda Türkiyə çempionatında fasilə olsa da, ölkə klubları müxtəlif yoldaşlıq görüşlərində qüvvələrini sınayır. Əvvəllər həmin yoxlama oyunlarını da "İddaa"nın proqramına daxil edən "Spor Toto" təşkilatı danışılmış oyunlarla bağlı istintaq başlayan kimi bütün Türkiyə komandalarına embarqo qoyub. Yalnız Avropa kuboklarındakı oyunlar və bu gün "Qalatasaray"la İngiltərə "Liverpul"u arasında keçiriləcək yoldaşlıq matçı qadağaya şamil olunmayacaq.

"İddaa" bukmeyker kontorunun təşkilatçısı "İnteltek" şirkəti Azərbaycanda "Topaz" brendi altında idman-mərc oyunu da keçirir. "Topaz"ın bu gün üçün açıqladığı proqramda Türkiyə klublarından "Qalatasaray"ın "Liverpul"la yoldaşlıq, "Qaziantepspor"un "Legiya" (Polşa), "Bursaspor"un isə "Qomel"lə (Belarus) keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail