ÇL-nın finalı Bakıda keçiriləcək

19.12.2013 | 4831 dəfə oxunub

Voleybolçu qadınlar arasında Çempionlar Liqasının (ÇL) “4-lər finalı” Bakıda keçiriləcək. Stadium.az xəbər verir ki, bu barədə dekabrın 19-da Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer ÇL-in “pley-off” mərhələsinin püşkatma mərasimindən öncə açıqlama verib.
 
4 komandanın qatılacağı həlledici mərhələnin oyunları 2014-cü il 15-16 martda “Baku Crystal Hall”da təşkil olunacaq. Bu komandalardan biri ev sahibliyini öz üzərinə götürmüş Bakının “Rabitə” klubudur. Qalan 3 klub isə 1/6 və 1/3 final mərhələlərinin yekununda qalib gələnlərdən ibarət olacaq. “Rabitə” qrup mərhələsindən 1/6 finala vəsiqə qazansa da, ev sahibliyinə yiyələnməsindən sonra “pley-off” mərhələlərindən kənarda qalıb. Bu komanda yalnız “4-lər finalı”nda səhnəyə dönəcək.
 
Həlledici mərhələdə Azərbaycanın daha bir təmsilçisi “İqtisadçı” da yer ala bilər. Amma bunun üçün klubumuz ilk növbədə 1/6 finalda Çempionlar Liqasının son qalibi Türkiyə “Vakıfbank”ını üstələməyi bacarmalıdır. İlk oyun 14–16 yanvarda, cavab görüşü isə 21 - 23 yanvarda olacaq. 1/3 final matçları isə 4–6 mart və 11–13 martda baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail