“Futbolçular əvvəl topun dalınca qaçsınlar, sonra qızlara vaxt taparlar”-MÜSAHİBƏ
"Pişik" ləqəbi ilə tanınan müğənni Günel son vaxtlar rnrealiti-şoularda tez-tez diqqət mərkəzinə gəlir. Adətən qalmaqallardan rnbaşı açılmayan çılğın xanımla söhbətimiz adət etdiyi mövzulardan rndeyildi. İdmandan danışdıq onunla. Sakit və sərbəst. Söhbətin əvvəlində rnbir az tərəddüd keçirdi, çünki gözləmirdi onunla fərqli dünyadan rndanışarıq.rn
- İdman həyatınızda neçənci yeri tutur?
- İnsanınrn sağlamlığında idman böyük rol oynayır. Nə deyim ki, yalan danışmağı rnxoşlamıram, mənim üçün idman öndə olmalıdır. Ona görə də hazırda rnhəyatımda 4-cü yeri tutur. Əslində birinci olmalıydı. Vaxtım az rnolduğundan, mütəmadi məşğul ola bilmirəm.
- Hansı idman növləri ilə məşğul olursuz?
- rnTennis oynayıram, üzgüçülüyə gedirəm. Amma peşəkar deyiləm. Sadəcə, rnhəvəskar kimi. Deyim ki, hər gün məşq edirəm, yalan olar. Vaxt tapanda, rnidman yadıma düşür. Milli Parkda tennis kortları var, həftədə iki dəfə rnorada oynayıram. Formamı saxlamaq üçün gimnastikaya və trinajora da rngedirəm. O da hər dəfə deyil. İki-üç ay məşq eləyirəm ki, çəkim rnartmasın. İdman növləri arasında ən çox tennisə maraq rngöstərirəm.
- Dünya şöhrətli tennisçilərdən kimləri tanıyırsız?
-rn Mariya Şarapova və Anna Kurnikovanı. Ən böyük arzum isə tennis rnturnirlərini canlı izləməkdi. Xaricdə konsertdə olduğum vaxt böyük rnturnir keçirilsə, biletin qiymətindən asılı olmayaraq, gedib izləyərəm.
- Günel xanım, futbolla heç maraqlanmırsız?
- rnAçığı, bir o qədər yox. Ölkəmizdə futbol son vaxtlar populyarlaşıb. rnƏvvəl o qədər də maraq yox idi. Eşitdiymə görə, komandalar indi-indi rngüclənir. Bu barədə sənətçi dostlarımla söhbət olub. Onlar deyəndə ki, rnkomandalarımız yenə uduzdu, heyfslənirəm. Bu yaxınlarda bir tədbirdə rniştirak edirdim, eşitdim ki, Türkiyəni udmuşuq. Hamımız çox sevindik. rnElə bil, bizdə futbolçulara yaxşı maaş vermirlər. Ona görə də əksər rnoyunları uduzular.
- Əksinə, futbolçular kifayət qədər pul alırlar…
-rn Onda niyə oynamırlar? Ancaq onu eşidirəm ki, uduzurlar. Millinin baş rnməşqçisindən bir xahişim var: qoy, məni də çağırsın. Qapıda dayanaram, rnbir top belə buraxmaram. Əvəzində yaxşı pul tələb edirəm (gülür).
- Futbolçulardan biri sizi bəyənsə, onu top kimi dağa-daşa salmazsız?
-rn Baxır da futbolçuya… Əgər həmin futbolçu qapını dəqiq nişan ala rnbilmirsə, dağa-daşa salmağın yeri var. Yaxşı oyunçudusa, ona niyə rnəzab-əziyyət verməliyəm ki...
- İndiki gənclər əyləncəyə daha çox meyl göstərir, nəinki idmana. Düz eləyirlər?
-rn Mən belə deməzdim. Əksinə, gənclər arasında idmana üstünlük verənlər rndaha çoxdur. Fikir versəz, görərsiz ki, idman zallarında gənclər rnüstünlük təşkil edir. Bu da ondan irəli gəlir ki, ölkəmizdə idmana maraqrn böyükdür. Son vaxtlar idmançılarmızın beynəlxalq yarışlarda uğur rnqazanması da buna sübutdu.
- Pulun ucunu görən gənc futbolçular qızların deyil, topun arxasınca düşsə, sizcə, yaxşı olmaz?
-rn Məni futbolçularla düşmən eləmə. Onlar əvvəl topun dalınca qaçsınlar, rnsonra qızlara vaxt tapalar. Hər biri işini görməli, boş vaxtı olanda rnistirahət də etməlidir. Futbolçularımız əvvəl yaxşı oynayıb nəticə rnqazansınlar, sonra da istədikləri kimi istirahət etsinlər.
- Hansı dünya şöhrətli idmançı qarşınıza çıxsa, ona fikirləşmədən «hə» cavabı verərsiz?
-rn Heç kim bir dəfəyə qərar vermir. Əvvəl ölçüb-biçir, sonra seçimini rnedir. Mənim üçün onun idmançı olub-olmamasından önəmlisi insanlıqdır. rnHəmin oğlan fikrində qətidisə və sənətimə hörmət edirsə, ailə quraram. rnNiyə də yox? İstər dünya şöhrətli olsun, istərsə də adi idmançı. Düzdür,rn idmançılar daha çox zədəyə meyilli olur. Bunu Afrikada reailti-şou rnyarışında iştirak edəndə gördüm. O qədər zədə aldım ki...
- Yarış sizdə hansı təəssürat yaratdı?
- Cənubi rnAfrika Respublikasında olduq. Realiti-şou yarışması isə Namibiyada rnkeçirilirdi. Getdiyimiz yer cəngəllik idi. Qaldığımız çadırlarda rnvəziyyət elə idi ki, yatmaq belə mümkün deyildi. On üç gün orada rnyaşadıq. Ən maraqlısı o oldu ki, çemodanım bir həftədən sonra gəldi. rnYarışmanın qaydalarına görə, 1 nəfərin səhvinin acısını bütün heyət rnçəkməliydi. Yarışma zamanı çox yorulurduq. İştirakçıların birinin rnçadırından su çıxdığına görə bütün komanda cəzalanırdı. Həmin gün bizə rnyemək verilmirdi. Etiraf edim ki, orada olarkən, Afrika mahnısını rnoxuya-oxuya mətbəxə girirdim və zənci xanımların başını qatıb, rnsoyuducudan yemək oğurlayırdım. Çünki ac qala bilmirəm, qan təzyiqi ilə rnbağlı problemlərim var.
- Komandanızda kimlər yer alırdı?
- Kapitan Cenk rnKemal İçden idi. O, həqiqətən də komandanı arxasınca aparırdı. Digər rniştirakçılar Malik, Rüfət Axundov, aparıcı Lamiyə, Xanım və mən idim. rnHətta gecələr heyvanların səsini eşidəndə, Cenki çağırırdıq.
- Nə ilə qidalanırdız?
- Başımı yumurta çörəklə rnqatırdım. Ona görə bir az arıqlamışam. Aygün Kazımova orada mənə böyük rnbacılıq etdi. Hərarətim 40 dərəcəyə qalxmışdı, səhhətimdə yaranan rnproblemi o həll etdi.
- Yarış nədən ibarət idi?
- Çox çətin sınaqlardanrn keçirdi. Qumun üzərində xizəklə sürüşmək və cəngəllikdə bir sıra rnyarışlar. Hər şey maraqlıydı. Bu yarışmanı hər zaman televiziyada rngörürdük. Canlı olaraq həmin hissləri yaşamaq tamam başqadır. Orada rnhətta çılpaq insanlar da gördük.
- Siz də çılpaq idiniz?
- Yox, biz çılpaq rndeyildik. Paltarda olduğumuz üçün onlar bizə baxıb gülürdülər. Bir çox rnqəbilələrlə tanış olduq, onların adət-ənənələrini öyrəndik.
rn- Uğur qazanacağınıza inanırsız?
- İnşallah. SMS rnsarıdan məndə problem olmamalıdır. Bu yarışmada udan komanda Azərbaycan rnbayrağını ən uca zirvəyə sancacaq. Düşünürəm ki, bu, hər bir Azərbaycan rnvə
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |