Kaxaber Sxadadze: “Klubun sponsoru ilə söhbətimdə etiraf etdim ki...” Müsahibə

30.09.2013 | 5381 dəfə oxunub

Ötən tur “İnter” uzunmüddətli qələbəsizlik seriyasından sonra, nəhayət ki, 3 xala sevindi. Paytaxt təmsilçisi yüksəlişdə olanXəzər Lənkəranı səfərdə bir qolla devirməklə, 6- turdaBakıyla əldə etdiyi 1 xalın təsadüf olmadığını tədricənqara zolaqdan qurtulduğunu nümayiş etdirdi. Biz öz növbəmizdəbankirlərin baş məşqçisi Kaxaber Sxadadze ilə söhbət etməyi qərara aldıqHəm Lənkəran zəfəri, həm komandadakı ab-hava barədə. İlk sualımız da son oyunla bağlı oldu.

- Etiraf edim ki, meydança ürəkaçan vəziyyətdə deyildi. Buna baxmayaraq, kifayət qədər kombinasiyaların şahidi olduq. Meydanın hər qarışı uğrunda gərgin mübarizə gedirdi. Biz erkən qol vurduq bu, işimizə xeyli yaradı. Hesab edirəm ki, düzgün taktika seçmişdik rəqibin yalnız uzun ötürmələrdən istifadə etməsinə nail olmuşduq. Digər komponentlərdə isə onların hərəkət etməsini məhdudlaşdırmışdıq. Açığı, daha böyük hesabla qalib gələ bilərdik. Ancaq düzgün oynamağımız hesabına əldə olunan bu nəticəni uğurlu hesab edirəm.

- Ardıcıl uğursuzluqlardan sonra komandanı psixoloji cəhətdən hazılamaq dərəcədə çətin idi?

- Çox çətin idi. Dünənki qələbədən sonra da qeyd etdim ki, hazırda gözəl oyun barədə düşünə bilmərik. Bizə qələbələr, xallar lazımdı. Düşdüyümüz vəziyyətdən çıxış yolu, ayılmaq üçün yeganə təbabət qalib gəlməkdir. Yəni belədə, gözəl üslub arxa plana keçir. Qalib gəldikdə özünəinam hissi artır. Axı bu mümkün deyil ki, 1 ay əvvəl Avropa Liqasında yaxşı oynayaq, sonra isə başlayaq pis oynamağa. Sadəcə, yaranmış vəziyyəti düzgün təhlil etmək lazım idi ki, səhvlərimizdən lazımi nəticə çıxara bilək. Hesab edirəm ki, biz indi düzgün yoldayıq. Zənnimcə, yetirmələrim üzərlərində işləməyi bu cür davam etsələr, vəziyyəti düzəldə bilərik.

- Son cümlənizlə növbəti sualımın girişinə toxundunuz. Hesab edirsiniz ki, “İnterbelə uğursuz startdan sonra medallar uğrunda mübarizə aparan kollektivlərə qoşula bilər?

- Baxmayaraq ki, olduqca çox geri qalmışıq, hesab edirəm ki, hələ şanslarımız qalır. Axı bizdən yuxarıda yerləşən hər bir komandayla daha 3 dəfə üz-üzə gələcəyik vəziyyəti düzəltmək üçün imkanımız olacaq. Bunun üçün 10-12 oyunluq məğlubiyyətsiz seriya yaxalamağımıza ehtiyac duyulur. Bacaracağıqmı? Bu, artıq ikinci sualdı. Hər halda ötən mövsüm 12, ondan qabaqkı çempionatda 18 oyunluq belə bir yürüş etməyi bacarmışdıq.

- Həqiqətənmi iki oyunun nəticəsinə görəTromsödən alınan Avroliqa məğlubiyyəti komandanıza belə təsir etdi ki, çempionatın startında bu cür fiaskoya uğradınız?

- Norveç təmsilçisini keçəcəyimizə ümid çox böyük idi. Bütün varlığımızla buna inanırdıq. Demirəm ki, biz onlardan güclü idik. Ancaq eyni səviyyədə olduğumuzu əminliklə söyləyə bilərəm. Mənə , uşaqlara da bu məğlubiyyət pis təsir etmişdi. Amma bununla yanaşı, çempionatın ilk turundaQarabağdan aldığımız məğlubiyyəti daha çox qabardardım. Çünki oyun komponentlərində ağdamlıları üstələmişdik. Bax, həmin oyundan sonra sındıq. Bundan sonra oyun üslubumuzu dəyişməməkdə yanlışlığa yol verdik. Eyni dəst-xətti qoruduq acı nəticələrini aldıq. Klubun sponsoru ilə söhbətimdə etiraf etdim ki, çempionatın startında fiziki cəhətdən zəif idik. Bunun obyektiv səbəbləri var idi. Komandanın təlim-məşq toplanışında ilk gündən iştirak edən futbolçular fiziki cəhətdən hazır idilər. Ancaq kollektivə yeni qoşulanlar barədə eyni sözləri deyə bilmərəm. Heyətə xeyli sayda yeni oyunçu cəlb etmişdik. Hazırlığı Avropa Liqasına hesablanmışdı, çempionata isə yox. Milli komandanın çıxışı ilə bağlı yaranmış 10 günlük fasilə işimizə xeyli yaradı. Çünki diqqət yetirsəniz, “Neftçiylə matçı çıxmaq şərti ilə, məğlub olduğumuz bütün qarşılaşmlarda birinci taymı qalib başa vurub, fasilədən sonra yenilmişdik. Bu da onu göstərir ki, ikinci hissədə fiziki cəhətdən çatdırmırdıq. “Simurqla oyundan sonra bütün diqqətimizi psixoloji fiziki hazırlığa yönəltdik. Bunun nəticəsi kimi, son 3 oyunun ikinci 45 dəqiqəsində məğlub olmamışıq. İndi sadəcə, oyun keyfiyyətini artırmaq üzərində durmadan çalışmalıyıq.

- Builki transferləriniz xeyli tənqidə məruz qalıb...

- İndi bu barədə geniş danışmaq istəmirəm. Çünki heç bir faydası olmayacaq. Bir onu deyim ki, transferlər zamanı xeyli yanlışlığa yol verdik. Hər halda əlimizdə olan futbolçular bunlardı vəziyyəti onlarla düzəltməliyik. Son qarşılaşmalar da göstərdi ki, bu uşaqlarla yaşadığımız şokdan çıxmaq mümkündür.

- Hesab edirsiniz ki, “Xəzər Lənləranüzərində əldə etdiyiniz qələbə böhrandan çıxmağınızı təmin etdi?

- Yox, hələ ki, yox. Əlbəttə, Lənkərandakı qələbə olduqca böyük əhəmiyyət kəsb edirdi. Lakin növbəti turdaSumqayıtla oyun dönüş nöqtəsi ola bilər. Qalib gələ bilsək, ondauğursuzluq zolağından çıxdığımızı iddia edə biləcəm.

- Son sual qış transferləri ilə bağıdı. Belə düşünmək olarmı ki, komandada ciddi dəyişikliklər olacaq?

- Gəlin hadisələri qabaqlamayaq. Qışa hələ çox var, elə görüləsi işlərimiz kifayət qədərdi. Əvvəl üzərimizə düşəni həyata keçirək, zamanı gələndə transferlər barədə düşünərik.

“Het-trik news” qəzeti 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail