Avropa Yay Oyunları üçün Bakıda yeni stadion tikiləcək VİDEO

12.12.2012 | 4202 dəfə oxunub

Üç ildən sonra dünyada ilk dəfə keçiriləcək Avropa Yay Oyunlarına ilk olaraq ev sahibi olmaq şərəfi bizim ölkəyə verilib. Stadium.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin Romada keçirdiyi Baş Assambleyasında verdiyi bu qərar ölkəmizdə sevinclə qarşılanıb. 

Öz qonaqpərvərliyi ilə hər kəsin diqqətini cəlb edən ölkəmiz 2015-ci ildə ölkəmizə gələcək idmançıların yarışması üçün ayrıca stadion tikməyi qərara alıb. Evrovizion-2012 mahnı müsabiqəsindən sonra paytaxt Bakı indi də Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Oyunların keçirilməsi üçün stadion Böyük Şor adlanan yerdə tikiləcək.
 
Hazırda ərazidə gölün qurudulması işləri aparılır. Gələn ilin may ayından isə stadionun tikintisinə başlanılacaq. Avropa Olimpiya Oyunları ilə bağlı Olimpiya Şəhərciyi də salınacaq. Bu məqsədlə Heydər Əliyev prospektində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən binaların Olimpiya Oyunları üçün təmir olunaraq idmançıların ixtiyarına verilməsi nəzərdə tutulur. Şəhərcikdə müxtəlif avadanlıqlar, yeməkxanalar, istirahət mərkəzləri quraşdırılacaq. Qurğuların əksəriyyəti müvəqqəti tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək.
 
Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, tikintini aparan şirkətlərlə danışıqlar artıq aparılıb. Bakıda Avropa Oyunları çərçivəsində 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycanda bütün məsələlər Avropa qanunvericiliyinə uyğunlaşdırılmalı, yeni təhlükəsizlik sistemi qurulmalı, nəqliyyat sistemi yeniləşdirilməlidir. Qeyd edək ki, Avropa Yay Oyunlarının 2015-ci il iyununda keçirilməsi planlaşdırılır. 

Mənbə: anspress.com 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail