Məmmədovların Hakimlər Komitəsində qeyri-adi sərgüzəştləri

03.12.2012 | 3307 dəfə oxunub

Bu məqalədə göstəriləcək faktların əksəriyyəti idman mediasında dəfələrlə yazılıb, müzakirə olunub. Təkrarçılığa yol verməyimin əsas səbəbi növbəti saylarımızda bir daha bu faktlara qayıtmamaq, xəbəri olanlara xatırlatmaq, xəbəri olmayanlara isə Azərbaycan futbolunda baş verən özbaşınalıqları çatdırmaqdır. Futbolumuzda, hakimliyimizdə olan çatışmazlıqları bir məqalə nədir, heç qəzetin bir sayına da yerləşdirmək mümkün deyil. Çalışacam ki, mütəmadi olaraq indiyə kimi əldə etdiyim faktları Sizlərlə bölüşüm.

Hakim ədalət təmsilçisidir, qanun-qaydaları qoruyan bir şəxsdir. Təəssüf ki, əksər futbol hakimlərimiz haqqında bunu demək düzgün olmazdı. Deyirlərbalıq başdan iylənər”. Baxaq görək AFFA-da Hakimlər Komitəsinin sədri kimdirhamımızın yaxşı tanıdığı Xəqani Məmmədov. Hansı ki, təkcə Azərbaycan futbolunda hakimliyi ilə deyil, həm əməlləri ilə iz qoyub. Keçmiş AFFA prezidenti, rəhmətlik Ramiz Mirzəyevin rəhbərliyi dövründə Tovuzda keçirilənTuran” – “İnter” (0:1) oyunundan sonra qatarla Bakıya qayıdarkən ikincilərin o vaxtkı baş məşqçisi Konkovla etdiklərialış-verişdən sonra AFFA-nın qərarı ilə hakimlikdən birdəfəlik uzaqlaşdırılan Xəqani Məmmədov daha sonra Hakimlər Komitəsinin o vaxtkı rəhbəri Əli Hüseynova  ünvanladığı izahat xarakterli məktubunda səhvini etiraf etmişdi. Xəqani Məmmədov, bağışlanmasını istəsə , federasiya rəhbərliyi qərarından dönməmişdi. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq həmin məktubu nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi diqqətinizə çatdırırıq:

Nəzərinizə çatdırmaq istəyirəm ki, mən oktyabrın 22-Turanİntermatçını idarə etmişəm.

Matçdan sonra, yəni 22.20- briqada üzvləri oyunun hakim-inspektoru komissarı 2 kupedə yerləşdik. Ə.Nağıbəyov, G.Cəfərov mən A.Niyazov bir kupedə idik. Digər 2 hakim M.Mahmudov İ.Əliyev qonşu kupedə yerləşmişdilər. Təxminən saat 23 radələrində Ə.Nağıbəyov G.Cəfərov yatdılar. Bundan bir neçə dəqiqə sonra mən mənim ardımca briqada üzvləri qonşu vaqona keçdim. (Özümdən bu günə kimi bu hərəkətimə cavab verə bilmirəm) Oradaİnterin 4 məşqçisi bizlər bir yerdə olduq. Mən təxminən 10-15 dəqiqə orada oldum. Bu müddət ərzindəİnterin baş məşqçisi A.Konkov hakimlərin ünvanına xırda iradlar bildirməklə onların sağlığına badə qaldırdı. Daha sonra o, bir dəfə badə qaldırdı (Azərbaycan futbolunun inkişafı, çiçəklənməsinə dair). Qeyd etdiyim kimi, mən orada təxminən 10-15 dəqiqə oldum. Bundan sonra mən xudafisləşib çıxmaq istəyəndə... A.KonkovXəqani səni bir dəqiqə olar?” məni qonşu kupeyə dəvət etdi. Qeyd etməliyəm ki, bu vaxt onların hamısı bir az içkinin təsiri altında idilər. Biz qonşu kupeyə daxil olduq o qapını örtdü. O, bir daha mənə yaxşı hakimliyə görə minnətdarlıq etdi mənə bildirdi ki, hər hansı bir problem olarsa həll edə bilərik. Elə bu sözləri demişdi ki, mən onabu sözlər artıqdır mənim heç bir problemim yoxdurdeyərək kupeni tərk edib öz kupemə getdim. Çünki, uşaqlar orada idilər istəməzdim ki, kimsə nəsə fikirləşsin. Mən onunla maksimum 2-3 dəqiqə oldum. Mən kupemə gəlib yatdım. Təxminən 1 saatdan sonra Anar daxil olanda ondan soruşdum ki, 1 saatdı orada neyləyirsiniz, o, cavabında heç elə-belə söhbət edirdik.

Bu yazımla bildirmək istəyirəm ki, mən 16 illik hakimlik karyeramda belə səhvə yol verməmişdim hər gün özüm-özümə sual verirəm: mənim orada İşim var idi?”

AFFA-nın indiki rəhbərliyi dövründə Xəqani Məmmədovu nəinki bağışladılar, üstəlik vəzifə verdilərHakimlər Komitəsinin sədri. Əhsən! Tədqirəlayiq haldır ki, Xəqani bəy ona göstərilən məsuliyyətli işicanla-başlayerinə yetirir. Xəqaniyə bu işdə yardım göstərən futzal üzrə FİFA referisi Elçin Məmmədovdur. O Elçin Məmmədov ki, Xəqani kimi AFFA-nın keçmiş baş katibi, əslən tovuzlu olan Fuad Əsədovu təhqir etdiyinə (AFFA-Tovuz mafiyasıadlandırmış, Fuad Əsədovun ünvanına təhqiramiz sözlər işlətmişdi) görə o vaxt Hakimlər Komitəsinin qərarı ilə hakimlikdən birdəfəlik atılmışdı. Buna kimi isə Elçin bir çox macəraları ilə ad çıxarıb ki, bu mövzuya hələ qaydacam. Bircə onu qeyd edim ki, xidmət etdiyi hərbi hissədə hərbi texnikanı söküb satdığına görə iki il həbsxana həyatı yaşayıb. Dediyim  fakt onun nəfsinə sahib çıxa bilməyən birisi olduğunu sübut edir. Ümumiyyətlə, Elçin futbol ictimaiyyəti arasında mənfi müstəvidə tanınan birisidir. Bu haqda da növbəti yazılarda.

Azərbaycanda belə bir yazılmamış qayda var. Rəhbər vəzifəyə gələn şəxsBəxtiyarfilmində olduğu kimi ətrafına qohum-əqrabasını, dost-tanışını yığır ki, Xəqani Məmmədov da bu qaydanı pozmayıb, ətrafına həm özünün, həm futbol strukturunda rəhbər vəzifələrdə oturanların yaxınlarını yığmağı bacarıb. Nəzər yetirək? Hakim-inspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlu Rauf Cabbarov, oyunlara komissar kimi təyinat alan Ramiz Abdullayevin kürəkəni İsgəndər Əliyev, Hakimləri Təyinat Komissiyasının üzvü Kərim Ağayevin oğlu, FiFA referisi, 25 yaşlı Əliyar Ağayev, hakim-inspektor Səfər Haşımovun övladları Ceyhun Mübariz Haşımovlar, Xəqani Məmmədovun həmyerliləri (əslən Cəbrayıl rayonundandır) Elnur Muradov Teymur Fərhadov. Məncə kifayətdir. İtaliya mafiyası yalan oldu.

Bundan əlavə hakimiyyəti ələ keçirən Məmmədov bir çox üzdə olan hakimlərimizin müxtəlif bəhanələrlə qovulmasında müstəsna rol oynayıb. Məqsəd isə qisas hissi, problemsiz hakimiyyət idi. Bu siyahıya keçmiş FİFA referiləri İmamxan Sultanini, Zöhrab Qədiyevi, Babək Quliyevi salmaq olar. Sonuncunun başına gələnlər daha gülməlidir. “Bakı” – “Qarabağoyununda uduzan komandanın, yəniQarabağın rəhbərliyindən Əmrah Çəlikəlin telefon zəngi böyük perspektivlər vəd edən Babəkin futboldan birdəfəlik uzaqlaşdırılmasında əslində bəhanə idiYaxın saylarımızda Babək Quliyevlə mövzuya toxunacam bukomediyanın ssenarisi haqda ətraflı araşdırma apararaq oxuculara çatdırmağa çalışacam.

Hakimlərin oyunlara təyinat alması da lətifə mövzusu ola bilər. AFFA Hakimlər Komitəsində belə bir komissiya varHakimləri Təyinat Komissiyası. Onun sədri uzun müddətNeftçiİSM- çalışmış Kərim Ağayevdir. Xəqani Elçin Məmmədovlar Kərim müəllimdən xəbərsiz kimin hansı oyuna təyin olunacağını müəyyənləşdirərək PFL prezidenti Ramin Musayevə göndərirlər. Bu, sırf protokol xarakteri daşıyır. Daha sonra siyahı Kərim Ağayevə çatır, imza atılması üçün. Əslində hakimlərin təyinatı ilə bağlı qərarı  sözügedən komissiya verməlidir. Lakin Kərim Ağayevin bundan xəbəri olmur. Qayda belədir. Təyinat zamanı hansı komandaya hansı hakimin ya əksinə hansı hakimə hansı komandanın lazım olduğu nəzərə alınır. Təsadüfi deyil ki, həm futbol ictimaiyyəti, həm idman mediasıda hansı hakmin hansı komandaya simpatiyası olduğu məlumdurStatistikaya nəzər salsaqQəbələnin ev oyunlarına daha çox Rəhim Həsənov, “Neftçinin ev oyunlarına Əliyar Ağayev Anar Salmanov,  “Rəvana Rauf Cabbarov,  “Qarabağa Elçin Məmmədov Əliyar AğayevBakıya Vüsal Əliyev s. təyinat alır. “Bakıdan söz düşmüşkən, sonuncu turdaBakı” – “Neftçioyununun baş hakimi Elçin idi. Məhz hakimin kobud səhvi üzündən meydan sahbləri son dəqiqədə qol buraxdı məğlub oldu. Bunuklubun rəsmi internet səhifəsində izləmək mümkündü. Əslində oyunun nəticəsinə təsir göstərən səhvlərə görə hakim cəza almalıdır, özü uzunmüddətli. Siz özü-özünə cəza verən insan tanıyırsız? İllah da Elçin kimi. Cəmi 3-4 gün sonra ElçinŞəfastadionunda MOİK – “İnteroyununu idarə edirdi.

Daha bir maraqlı məqam. Çempionatda fasilə yarandığı zaman bütün hakimlərdən ildə iki dəfə normativ-teslər götürülür. Bu testləri verə bilənlər oyunlara təyinat alırlar, “üzüqaraçıxanlar yox. Məndə olan məlumatlara görə bir çox hakimlərimiz normativləri verə bilmədikləri halda qeyd-şərtsiz hakimliyə buraxılırlar. Adlarını da çəkə bilərəm. Sadəcə növbəti sınağa az qaldığından bunu etmirəm. İnşaallah bu dəfəki normativ-test imahanları zamanı ondan sonra baş verəcək özbaşınalıqları (əminəm ki həmişə olduğu kimi bu dəfə belə ozbaşınalıqlar olacaq) Sizlərə çatdıracam.

İlqar TAĞIYEV, Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail