"Qalatasaray"ıın Bakıda rəsmi mağazası açılır

24.11.2012 | 7335 dəfə oxunub

Bakı şəhərində Türkiyənin “Qalatasaray” idman klubunun rəsmi mağazası - “Galatasaray Store” açılacaq. Stadium.az xəbər verir ki, bu barədə Türkiyənin “NTV Spor” telekanalı məlumat yayıb. “Qalatasaray” rəhbərliyi Azərbaycanda “Qalatasaray” azarkeşlərinin sayının çoxluğunu nəzərə alaraq bu qərara gəlib. Mağazada “Nike” firmasının istehsalı olan orijinal “Qalatasaray” formaları və klubun digər simvolikası satılacaq.

Bakı “Galatasaray Store”un təntənəli açılış mərasiminə klub rəhbərliyinə daxil olan şəxslər, “Galatasaray Store” mağazalar şəbəkəsinin baş direktoru Nurəddin Kantarelli, bəzi indiki və keçmiş futbolçular, baş məşqçi Fateh Terimin köməkçisi Həsən Şaş və digər şəxslərin qatılacağı gözlənilir. Açılışın nə vaxt olacağı hələlik bəlli deyil. “Qalatasaray” rəhbərliyi Bakıdakı mağazadan ildə təxminən 1 milyon dollar gəlir götürməyi planlaşdırır. 

Qeyd edək ki, hazırda Türkiyədə 41, Şimali Kipr Türk Cümhuriyyətində isə 1 “Galatasaray Store” mağazası fəaliyyət göstərir. Satışlar internet vasitəsilə də həyata keçirilir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail